15 C
Baku
Saturday, April 27, 2024

“İstehlakçı izafiliyi”

“İstehlakçı izafiliyi” (Consumer’s surplus) – bu istehlakçının ödəməyə hazır olduğu məbləğlə (P1) real olaraq ödədiyi məbləğ (P) arasındakı fərqdir.

“Istehlakçı izafiliyi” məhsulun qiymətindən artıq ödəməyə hazır olduğu maksimal qiyməti göstərir. İstehlakçı tərəfindən faktiki olaraq ödənilən məbləğin onların ödəməyə hazır olduqları məbləğdən aşağı olmasından yaranan əlavə faydalılıq istehlakçı izafiliyi kimi qəbul olunur.

A.Marşalın sözlərinə görə:

Istehlakçı izafiliyi” – istehlakçının həqiqətdə ödədiyi qiymətdən yuxarı və ödəməyə hazır olduğu əlavə qiymətdir (həmin məhsulsuz keçinməkdənsə, bunu daha məqsədəuyğun bilir).

Qrafikdə göstərilib ki, tarazlıq qiymətində məhsul vahidinin OP faydalılığı onun qiymətinə bərabərdir. Ştrixlənmiş PEP1 sahəsi “istehlakçı izafiliyini” göstərir.

23

“İstehlakçı izafiliyi” necə yaranır? Azalan faydalılıq qanuna görə məhsulun ilkin vahidləri istehlakçı üçün daha dəyərlidir, nəinki sonuncu. Amma onlar birincidən sonuncuya kimi hər məhsul vahidi üçün eyni məbləği ödəyir. Bununla da, istehlakçı hər məhsul vahidi üçün sonuncu vahidin qiyməti qədər məbləğ ödəyir. Uyğun olaraq, istehlakçı hər ilk məhsul vahidindən əlavə faydalılıq əldə edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər