23 C
Baku
Saturday, April 20, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri İstifadəçisinə əlavə faiz gəliri qazandıran bank kartları (SİYAHI)

İstifadəçisinə əlavə faiz gəliri qazandıran bank kartları (SİYAHI)

0
İstifadəçisinə əlavə faiz gəliri qazandıran bank kartları (SİYAHI)

Banker.az monitorinq qrupu olaraq dəfələrlə bank kartları haqqında fərqli formatda araşdırmaları Sizlərə təqdim etmişik. Bu dəfə də bank kartlarının maraqlı bir funksiyası haqqında danışacağıq. Hansı ki, bu funksiya bankların müştərilərinə təqdim etdiyi “loyallıq proqramı” çərçivəsində təqdim edilir və istifadəçilərinə hətta kartdan istifadə etmədikləri təqdirdə belə əlavə gəlir qazandırır. Haqqında danışacağımız funksiya kart hesabında qalıq vəsaitə faiz hesablanması funksiyasıdır və Biz bunu qısaca “depozit funksiyası” adlandırırıq. Xatırlayırsınızsa bir neçə həftə öncə kartların “cash – back” funksiyası haqqında Sizlərə detallı məlumatları təqdim etmişdik. “Cash – back” funksiyası kart istifadəçisinə kartdan dövriyyə etdiyi təqdirdə əlavə gəlir qazandırır. “Depozit funksiyası” isə bu prosesin əksinə kart hesabında sabit qalan vəsaitə gəlir qazandırır. Araşdırma nəticəsində məlumuz oldu ki, “Depozit funksiyası”nı öz kartlarında təqdim edən Banklar bir neçə hal istisna olmaqla elə “cash – back” funksiyasını təqdim edən banklardan başqası deyil. Məlumatlar müqayisəli xarakterdə olduğu üçün biz təhlilin nəticəsini sizə cədvəl şəklində təqdim edəcəyik. Bu isə Sizlərə kart seçən zaman özünüzə daha sərfəli olan kartı seçməyə kömək edəcək.

Bank Kart Hansı valyutalara faiz hesablanır? Faiz hesablanması üçün minimal məbləğ tələbi Faizlərin hesaba yüklənməsi Faiz dərəcəsi
Bank of Baku Bolkart Debet Yalnız AZN 100 AZN Gündəlik İllik 5%
Unibank Albalı +  Debet

Albalı + Kredit

AZN və USD Tələb yoxdur Ayda bir dəfə AZN – illik 3%

USD – illik 0.3%

Expressbank Expresso Yalnız AZN 100 AZN Ayda bir dəfə İllik 3%
Rabitə Bank Kartmane

(Debet)

AZN və USD 100 AZN/USD Gündəlik AZN valyutası üzrə

1 – 3 ay – 2%

3 – 6 ay – 3%

6 – 9 ay – 4%

9 – 12 ay – 5%

12 – 24 ay – 6%

USD valyutası üzrə

9 aya qədər – 0.5%

9 – 24 ay – 1%

AccessBank myCard

(Debet)

AZN və USD 500 AZN/USD Ayda bir dəfə myCard Classic üzrə

AZN – 5%, USD – 1%

myCard Gold üzrə

AZN – 6%, USD – 1%

myCard Platinium üzrə

AZN – 6%, USD – 1%

Bank VTB “Bakı – Moskva” kartı AZN, USD, EUR, RUB Tələb yoxdur Ayda bir dəfə AZN – 4.5%

RUB – 2.5%

USD – 0.7%

EUR – 0.5%

Cədvəldəki məlumatlara əsasən gəldiyimiz nəticələri Sizlərlə bölüşmək istərdik:

  • İllik faizin həcminə görə ən yaxşı təklif –  myCard Gold / myCard Platinium
  • Minimal məbləğ tələbi üzrə ən yaxşı təklif – Albalı Plus
  • Faizlərin hesablanması üzrə ən yaxşı təklif – Bolkart Debet və Rabitə Bank

Cədvəldəki kartları əldə etmək istəyən oxucularımıza bildirmək istərdik ki, kartların qiymətləri və digər özəllikləri ilə bağlı ətraflı məlumatları banker.az saytının “Məhsul kataloqu” bölməsinin müvafiq linkindən (https://banker.az/result/?ctype=debit_card)  əldə edə bilərsiniz.