İstintaq Komitəsi Telman İsmayılovun qətl sifarişçisi olduğunu təsdiqləyib

Rusiya İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılovun qətl hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul edib.

Gazeta.ru-nin məlumatına görə, Telman İsmayılov beynəlxalq (interpolun )axtarışa verilib.

T.İsmayılov ötən il baş verən – iş adamları Vladimir Savkin və Yuri Brılevin qətlinin planını qardaşları Rafiq və Vaqif İsmayılovla birgə həyata keçirib. Cinayəti törədən isə Mehman Kərimov olub. Bundan başqa, İsmayılov qanunsuz silah dövriyyəsində ittiham olunur.

📝 RƏY BİLDİR