12 C
Baku
Thursday, March 28, 2024

İstirahətə bank kartı ilə getməyin faydaları

Bank kartından hələ də istifadə etməyən şəxslərin iddia etdikləri əsas fikir – “Kart hər yerdə qəbul edilmir”-dir. Lakin əslində isə bir çox ölkələrdə otellərdə, restoranlarda və yaxud mağazalarda ödəniş edərkən heç bir problem ilə üzləşmirik. Üstəlik, burada söhbət böyük şəbəkə müəssisələrindən getmir. Belə ki, turistlər üçün populyar olan regionlarda hətta ən kiçik kafelərdə belə kartla ödəniş üçün terminala rast gəlmək mümkündür.

Aydındır ki, bəzi hallarda (məsələn, ekskursiya və yaxud küçə ticarəti zamanı) bank kartı ilə ödəniş etmək baş tutmayacaq və bu zaman nağd vəsaitlərə ehtiyacınız olacaq. Yarana biləcək bu vəziyyətlər üçün üzərinizdə müəyyən miqdarda nağd vəsait saxlayın. Bütün digər hallarda bank kartı əsəb və vəsaitlərinizi qoruyacaq.

Bank kartı ilə səyahətə yollanmağın bir neçə üstün cəhətləri ilə tanış olaq:

Kart nağd puldan daha təhlükəsizdir:

Səyahətlər xoş təəssürat ilə yanaşı, daimi narahatlıq hissi də qazandırır. Bu narahatlıq isə əksər hallarda üzərimizdə daşıdığımız nağd pulların yerində olub-olmaması ilə bağlıdır. Kart ilə isə bu narahatlıq baş vermir.

Birincisi, bank kartları küçə oğrularının xüsusi maraq obyekti deyil. Kartdakı vəsaitləri nağdlaşdırmaq zaman və müəyyən səy tələb edir. Bundan əlavə, kartda nə qədər vəsaitin olması məlum olmadığından qarətçilər risk etməməyə üstünlük verir.

İkincisi isə, pulqabınızı itirdikdə qorxulu heç nə baş verməyəcək. Pullarınız hesabınızda qalmağa davam edəcək. Bankın istənilən filialına yaxınlaşın və pulunuz yenidən sizinlədir.

Kart əlavə üstünlüklər qazandırır:

Premium bank kartlarına sahib olanlar müəyyən məkanlarda bonus və mükafatlardan yararlanmaq şansına sahibdirlər. Bura kart sahibinin müştərisi olduğu bankın əməkdaşlıq etdiyi mağazalar, otellər, restoranlar, əyləncə mərkəzləri və s. məkanlar daxildir.

Kartla alış-veriş daha rahatdır:

Turistik regionlarda adətən dollar və avronu heç bir problem olmadan qəbul edirlər. Bank kartı ilə rahatlıqla ödəniş etmək imkanı varsa, nəyə görə vəsaitlər üçün əlavə faiz ödəyəsiniz?!

Xarici ölkəyə alış-veriş etmək məqsədilə yollandıqda isə bu proses zamanı yalnızca cibinizdə olan vəsaitlərlə kifayətlənməli olursunuz. Sahib olduğunuz kart kredit kartıdırsa daha artıq alış-veriş etmək şansınız var. Bəzən bu çox rahatdır. Belə ki, çox bəyəndiyiniz hər hansı bir əşyadan pulunuzun bəs etmədiyi üçün vidalaşmağa dəyməz.

Son xəbərlər
Digər xəbərlər