26 C
Baku
Wednesday, April 24, 2024

İsveç, Kolumbiya, və Maldivlərdən də sifariş aldıq

Bu ilin iyun ayında ilk dəfə “Azexport.az” portalına İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan və Seneqal kimi ölkələrdən sifarişlər daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bildiriblər ki, bu barədə Mərkəzin “İxrac İcmalı”nın iyul ayı üçün sayında qeyd edilib.

İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.

Qeyd edək ki, “Azexport.az” portalı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər