25 C
Baku
Friday, April 19, 2024

İsveç krallığın Müdafiə Nazirliyinə əlavə maliyyə təxsisatı ayrıır

Uzun sürən partiyalararası danışıqlardan sonra İsveç hökuməti krallığın müdafiə büdcəsinin artırılması məsələsinə dair razılığa gəlib.

İsveç KİV-ləri bu barədə hökumətin xüsusi bəyanatına istinadla məlumat verirlər.

Qərara əsasən 2018-ci ildən 2020-ci ilədək ölkənin müdafiə xərcləri hər il 2,7 milyard İsveç kronu (təxminən 334 milyon dollar) məbləğində artırılmalıdır.

Əlavə vəsait artırılması ideyası həm Yaşıllar, Sosial-Demokratlar Partiyasının timsalında hakim koalisiyanın, həm də mötədil koalisiya partiyasından və Mərkəz Partiyasını təmsil edən liberallardan ibarət müxalifət koalisiyasının üzvləri tərəfindən dəstəklənib.

Jurnalistlər qeyd edirlər ki, əlavə təxsisatın çox hissəsi İsveçin müdafiə qabiliyyətinin artırılmasına yönəldiləcək, lakin bu məbləğin bir hissəsi mülki müdafiənin inkişafına sərf ediləcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər