15 C
Baku
Friday, April 26, 2024

İT milyarderləri necə evlərə sahibdirlər?

MarketWatch nəşri məşhur IT-sahibkarların daşınmaz əmlakla bağlı məlumatlarını araşdırmış və Snapchat, Tesla, Facebook, Microsoft və Oracle yaradıcılarının evlərinin dəyərini nəşr etmişdir.

Snapchat messencerinin yaradıcısı Evan Spiegel Los-Angelosda dəyəri 3,3 milyon dollar, ərazisi isə 2,8 min kvadrat fut olan mənzilə sahibdir.

evan

Elon Musk-un isə 3 mənzili vardır və onların ümumi dəyəri 27 milyon dollar təşkil edir.

musk

Facebook yaradıcısı Mark Tsugerberq-in isə sahib olduğu mənzillərin sayı 5-dir. Onların hər biri bir-birinə yaxın məsafədə yerləşir. Lakin sahibkar bu mənzillərdən yalnız birində yaşayır. Mark evinin ətrafındakı digər evləri öz “gizliliyini” qorumaq üçün əldə edib.

mark

Microsoft yaradıcısı Bill Gates isə ümumi ərazisi 40 min kvadrat fut və qiyməti 201 milyon dollar olan 5 daşınmaz əmlak nümunəsinə sahibdir.

bill

MarketWatch siyahısında ən bahalı evə sahib olan şəxs Oracle şirkətinin yaradıcısı Larry Ellison-dur. Sahibkar ümumi ərazisi 139 min kvadrat fut, dəyəri isə 226 milyon dollar olan 16 evə sahibdir. Jurnalistlər Ellisonun mənzillərində təqribən 100 hamam otağı hesablamışlar.

larry

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər