22 C
Baku
Friday, April 26, 2024

İtaliya iqtisadiyyatı futbol üzrə milli komandaya görə 1 milyard avro itirdi

Banker.az xəbər verir ki, İtaliyanın Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro bildirib ki, ölkənin futbol üzrə milli komandasının 2018-ci ildə keçiriləcək Dünya çempionatına vəsiqə qazana bilməməsi İtaliya iqtisadiyyatına təqribən 1 milyard avro zərər vuracaq.

O bildirib ki, təqribi qiymətləndirmələrə görə, itkilər 500-600 milyon avro təşkil edəcək. Yox, əgər detallı itkilərdən danışsaq, bu məbləğ milyard avronu üstələyəcək.

Qeyd edək ki, futbol üzrə İtaliya milli komandası İsveç millisinə qarşı keçirdiyi oyunun nəticəsinə əsasən 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazana bilməyib.

Bu italyanların tarixində 1958-ci ildən bəri qeydə alınmış ilk belə nəticədir. Oyun İtaliyada keçirilib və 0-0 hesabı ilə başa çatıb. İsveç millisi ilk oyunda əldə etdiyi 1-0-lıq qələbə sayəsində çemponatın filan mərhələsinə yüksələ biliblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər