15 C
Baku
Saturday, April 27, 2024

İtaliyaya yeni baş nazir təyin olunub

İtaliyada sağ mərkəzçi Şimal Liqası və radikal “5 ulduz” hərəkatı baş nazir postuna ortaq namizəd müəyyənləşdiriblər. Hökumət başçısı vəzifəsinə 54 yaşlı hüquqçu Cüzeppe Kontenin namizəd göstərilməsi razılaşdırılıb.

Bu il martın 4-də keçirilmiş parlament seçkisində sağ mərkəzçi koalisiya yuxarı palatada 129, aşağı palatada 260 yer əldə edib. “5 ulduz” hərəkatının yuxarı palatada 115, aşağı palatada 221 mandatı var.

Yuxarı palata 315 senatordan, aşağı palata 630 deputatdan ibarətdir.

2016-cı ilin dekabr ayından İtaliyada baş nazir postunu Demokrat Partiyasından Paolo Centiloni tutur.

MənbəNovator.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər