18 C
Baku
Thursday, April 18, 2024

İxtisasartırmada köklü dəyişiklər ediləcək

“İndi iqtisadiyyatda gedən sürətli islahatlar əmək bazarında yeni ixtisasların əmələ gəlməsi və yeni kompitensiyalar üzrə tələbatın yaranmasına səbəb olur”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində bildirib.

M.Abbaszadə deyib ki, təcrübəsi, müəyyən iş staji olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Onun sözlərinə görə, bu sahədə də təlim proqramlarının və prosesin müasir tələblərə cavab verməsi, dünya standartlarına uyğunluğu vacib məsələdir:

“Azərbaycan idarəçilik islahatları sahəsində dünya təcrübəsindən aktiv istifadə edən dövlət hesab edilir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı. Onlar üçün kifayət qədər kadr resursları var idi. Amma həmin vakansiyaları kadrlar tuta bilmirdilər. Belə faktlar dövlət qulluğu sistemində də var idi. İT sahəsi üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər yeni təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular. Təhsilin məzmunu müasir tələblərə cavab vermirdi. Ona görə əmək bazarına daxil olandan sonra müxtəlif kurslara müraciət etməli olurdular. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb və yeni ali məktəblər yaradılıb. Yeni ali məktəblərin yaradılması gələcəkdə təhsilin məzmununun müasir standartlara cavab verəcəyinə ümid verir”.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər