13 C
Baku
Friday, April 19, 2024

İyun ayında Bankların nağd pul kreditləri üzrə aktiv olan kampaniyalar

Acces Bank – “15=12”adlı kredit kampaniyası

Kampaniyanın etibarlılıq müddəti – 30 iyun 2017-ci il tarixinədək

Kampaniya güzəştləri – Bu kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin 3 ayının faizləri hədiyyə edilir. Belə ki, 15 ay müddətinə kredit götürən şəxslər yalnız 12 ayın faizinı ödəyəcəklər. Bu təklifdən yararlanan müştərilər sərfəli şərtlərlə 20 000 manatadək nağd kreditlər əldə edə bilərlər.

Bank of Baku – 17 İyun – səhiyyə işçilərinin peşə bayramı münasibətilə ÜÇLÜ kampaniya

Kampaniyanın etibarlılıq müddəti – 25 iyun 2017-ci il tarixinədək

Kampaniya güzəştləri – Kampaniya çərçivəsində səhiyyə sahəsində çalışan şəxslərə 3 istiqamətdə güzəştlər təklif edilir.

  1. Nağd pul kreditləri üzrə  –  10 000 AZN-dək məbləği aşağıdakı güzəştlərlə əldə etmək imkanı.
  • Standart faiz dərəcələrinə 3% endirim.
  • 0% komissiya
  • Əmək haqqı tələbinin 200 AZN-dək endirilməsi.
  1. Bolkart kredit və debet kartları üzrə – Hər iki növ kartları 50% endirimlə əldə etmək imkanı.
Bolkart Kredit Debet
Kampaniya endirimi Standart Kampaniya endirimi Standart
Gənc 5 AZN 10 AZN 7.50 AZN 15 AZN
Ailə 10 AZN 20 AZN 12.50 AZN 25 AZN
Gold 20 AZN 40 AZN 25 AZN 50 AZN
Diamond 75 AZN 150 AZN 75 AZN 150 AZN

 

  1. Bolkartla kampaniya dövründə ən çox alış-veriş etmiş 31 şəxsə toplam 1000 BAL HƏDİYYƏ!
  • 1 nəfər – 100 BAL;
  • 10 nəfər – 50 BAL;
  • 20 nəfər – 20 BAL.

 

UnibankSəhiyyə işçilərinə özəl komissiyasız kreditlər

Kampaniyanın etibarlılıq müddəti –16 iyun 2017-ci il tarixinədək

Kampaniya güzəştləri –  Kampaniya çərçivəsində səhiyyə sahəsində çalışan şəxslər 15 000 AZN-dək nağd kreditləri komissiyasız əldə etmək imkanı qazanacaqlar.

Bank BTB –  “Güzəştli Tətil Krediti”

Kampaniyanın etibarlılıq müddəti – 30 iyun 2017-ci il tarixinədək

Kampaniya güzəştləri  – Kampaniyanın əsas üstünlüyü, kredit götürən müştərilərə əsas borcun ödənilməsi üzrə 2 ay güzəştin tətbiq olunmasıdır. Belə ki, ilk 2 ayın aylıq ödənişində əsas borcun ödənilməsi tələb olunmur, yalnız faizlərin ödənişi kifayət edir. Bundan əlavə krediti plastik kartla kredit xətti formasında da əldə etmək olar. Bu zaman Visa Classic və ya Masterсard Standard ödənişsiz müştəriyə hədiyyə olunur. Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 3000 AZN-dir. Kreditin əldə olunması üçün zamin tələb edilmir. İllik faiz dərəcəsi 30% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər