13 C
Baku
Saturday, April 27, 2024

Jack Ma: “İnsanlar gündə 4 saat çalışacaq”

“Alibaba Group”un yaradıcısı və rəhbəri Cek Ma 30 il sonra insanların gündə yalnız 4 saat çalışacaqlarını bildirib.

CNBC-yə istinadən, çinli biznesmen həm iş saatının qısa olacağını, həm də insanların həftədə 4 gün çalışacaqlarını deyib: “Mən düşünürəm ki, 30 il sonra insanlar gündə 4 saat və mümkündür ki, həftədə 4 gün işləyəcək. Mənim babam kənd təsərrüfatı işləri ilə 16 saat məşğul olurdu və hesab edirdi ki, çox məşğuldur. Biz 8 saat işləyirik və hesab edirik ki, çox məşğuluq”.

C. Ma insana bənzəyən robot-maşınların yaradılmasının gərəksiz olduğunu söyləyib. Onun fikrincə, maşın heç vaxt insanın təcrübəsinə və müdrikliyinə çata bilməz.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər