15 C
Baku
Saturday, April 20, 2024

Jack Ma-nın sərvəti 1 gün ərzində 2,8 milyard dollar artdı

Banker.az saytı Bloomberg agentliyinə istinadən xəbər verir ki, Alibaba Group rəhbəri Jack Ma-nın sərvəti şirkətin səhmlərinin artması səbəbindən 2,8 milyard dollar artıb.

Alibaba səhmləri isə şirkətin gəliri haqqında müsbət proqnozdan sonra artmağa başlayıb. Şirkətin kapitalizasiyası 8 iyun tarixində 13% artıb və 42 milyard dollara çatıb.

Qeyd edək ki, Alibaba şirkətinin maliyyə direktoru Maggie Wu ilin nəticələrinə əsasən şirkətin gəlirinin 45-49% artacağını proqnoz vermişdi.

Jack Ma ilin əvvəlindən 8,5 milyard dollar daha varlı olub. Onun sərvətinin həcmi demək olar ki, şirkətinin kapitalizasiyasına çatıb və 41,8 milyard dollar olaraq qiymətləndirilir. Hazırda o, Çinin ən varlı şəxsidir və Bloomberg qlobal milyarderlər reytinqində 14-cü pillənin sahibidir.

 

Son xəbərlər
Digər xəbərlər