8 C
Baku
Friday, March 29, 2024

Jeep yenilənmiş Renegade modelini Turində nümayiş etdirib

Jeep şirkəti Turində keçirilən avtosalonda yenilənmiş Renegade krossoverini nümayiş etdirib. Avtomobil təkmilləşdirilmiş görkəmə və yeni mühərrik çeşidinə malik olub.

Avtomobilin kuzovunun ön hissəsinin tərtibatı dəyişdirilmişdir. Renegade başqa radiator barmaqlığına, yeni Wrangler modelindəkinə bənzər ön işıqdiodlarından fənərlərə, həmçinin hava girişlərinin və duman əleyhinə fənərlərin forması dəyişdirilmiş bölümləri olan ön bamperə sahib olub. Arxa hissədə isə ən əsəs yenilik yenilənmiş fənərlərdir. Onlar əvvəlki kimi ağ rəngli deyil, qırmızı rəngli xaça bənzər elementə malik olublar.

İnteryerin fotoşəkilləri dərc olunmasa da, avtomobilin 8,4-düymlük sensorlu ekranı olan təkmilləşdirilmiş Uconnect multimedia sisteminə və klimat kontrolun yeni blokuna sahib olduğu bildirilib. Yenilənmiş krossoverin mühərrik çeşidinə 120 at qüvvəli 1,0-litrlik üç silindrli benzin mühərriki, 150 və 180 at qüvvəli 1,3-litrlik dörd silindrli aqreqatlar daxil edilib. Yenilənmiş Jeep Renegade modelinin Azərbaycandakı satış tarixi hələlik səsləndirilməyib.

70493 src

©autograph.az

Son xəbərlər
Digər xəbərlər