15 C
Baku
Friday, March 29, 2024

Jony Ive: kölgədə qalmağı bacaran Apple dahisi

İlk iPod-u xatırlayın. O əsl inqilab idi. Nəyə görə? O dövrdə bazarda daha əvvəldən istehsal edilmiş çoxlu sayda mp3-player mövcud idi. Bəs iPod-u xüsusi edən nə idi? Cavab onun kifayət qədər sadə quruluşunda idi. Lakin Jony Ive yalnızca iPod yaradıcısı deyil, həmçinin o Apple dizaynını tərtib etmiş və dünyaya sübut etmişdir ki, minlərlər funksiyası olan cihaz ixtira etmək azdır, əsas olan qeyd edilən sayda funksiyanı cəmi 3 “knopka” ilə etməyi bacarmaqdır.

Leander Kahney-in müəllifi olduğu “Jony Ive: The Genius Behind Apple`s Greatest Products” adlı kitabda İngiltərədən olan dizaynerin ilk öncə Amerikanı, sonra isə bütün dünyanı əlavə detalları unutmağa vadar edən bir şəxs olduğundan bəhs edilir.

Leander Kahney yaradıcılıq fəaliyyətinin 10-dan çox ilini Apple şirkəti ilə bağlı hadisələrin işıqlandırılmasına həsr etmişdir. Yazıçının bu yeni kitabında Jony Ive haqqında naməlum faktlar, Steve Jobs ilə dostluğu və karyerası haqqında məlumatlar yer almışdır.

Ive Kupertinoda işləməyə başladıqda onun dizayner studiyası ikinci dərəcəli əhəmiyyətə sahib idi və hətta Apple şirkətinin əsas binasından kənarda yerləşirdi. Məhz burada Ive “Hər məhsulun öz tarixçəsi var” dizayn konsepsiyasını yaradır və komandanın əvəzedilməz iştirakçısına çevrilir. Düzdür, heç də həmişə işlər yolunda getmirdi. Hətta bir dəfə o istefa ərizəsini yazmış və bunu şirkətin daha inkişaf etmədiyi ilə izah etmişdi. Lakin bu zaman Con Rubenşteyn onu qərarından imtina etməyə inandıra bilmişdi.

Bu dövrdə şirkətdə ən əhəmiyyətli işçilər cihaz təminatı ilə məşğul olan əməkdaşlar hesab edilirdi, lakin daha sonradan bu status dizaynerlərə keçdi. Dizaynerlərin  əsas sloqanı isə “Ləğv etmək” və “Sadələşdirmək” olur.

Steve Jobs yenidən Apple şirkətinə geri döndükdə dizayner studiyası kampüsə köçür və adi studiyadan gizliliyi yüksək səviyyədə qorunan bir obyektə çevrilir. Hətta Skott Forstall səviyyəsində olan şirkət rəhbərliyi belə buraya buraxılmırdı.

Lakin Steve Jobs zamanının çoxunu orada keçirirdi. O burada Ive ilə ideyalarını bölüşür və cari layihələri müzakirə edirdilər. Jobs onun duyumunu inanırdı və çox zaman məsləhət üçün ona müraciət edirdi.

Jobs və Ive əsl dost idilər. Jobs xərçəng şişinin aradan qaldırılması ilə bağlı əməliyyatdan sonra yalnız iki nəfəri görməyi arzu etmişdi: həyat yoldaşı Loren və Jony Ive. Onlar iMac-ı birlikdə yaradaraq dizaynı şirkətin əsas prioriteti edərək Apple “tərzinə” yenilik qazandırdılar.

Ive-ın şəxsiyyəti ilə bağlı araşdırma gedişində Leander Kahney-ı ən çox təəccübləndirən fakt onun Apple şirkətində sahib olduğu güc idi. Lakin buna baxmayaraq o icraçı direktor tituluna sahib deyil. Bu status Tim Kuka məxsusdur. O şirkətdə yüksək səlahiyyətlərə malik olmaqla, şirkətin gündəlik işləri ilə deyil, yeni məhsulların yaradılması ilə məşğul olur.

Steve Jobs demişdi: “Məndən sonra şirkətdə ən çox səlahiyyəti və zəhməti olan şəxs Jony Ive-dır”.

Bu indi də belədir. Steve Jobs dünyasını dəyişdikdən sonra məhz onun sayəsində möhtəşəm innovativ cihazlar yaradıldı, hansı ki bu gün istifadə edirik və hələ gələcəkdə də bizi heyran edəcək.

Ive-ın Apple şirkətinə bəxş etdiyi yenilik və tövhələri nəzərə alaraq sadəcə təəccüblüdür ki, hansı səbəbdən bu günə qədər heç kəs onun bioqrafiyası ilə maraqlanmamışdır? Bu dahi öz ixtiralarının kölgəsində qalmağı bacarır.

Son xəbərlər
Digər xəbərlər