24 C
Baku
Thursday, April 18, 2024

Josiah Warren – “fiziki iş qarşılığında məhsul satan mağazanın” yaradıcısı

İlk olaraq həmin şəxs barədə ilkin məlumat vermək istərdik. Josiah Warren (1798-1874) – amerikalı anarxiyaçı-individualist, ixtiraçı və musiqiçi idi. Bundan əlavə, o 1833-cü ildə nəşr edilən həftəlik “The Peaceful Revolutionist”  jurnalını çap etdirən ilk amerikalı anarxiyaçı kimi məşhurdur və qeyd edək ki, o bunun üçün şəxsi tipoqrafiyasını yaratmışdı.

O 1798-ci ildə Massaçusets ştatında, Bostonda dünyaya gəlib. O gənc yaşlarında musiqiyə böyük maraq göstərirdi və Old Boston Brigade Bankd qrupunun üzvü idi. Josiah 20 yaşı olduqda Fanny Kisner ilə ailə həyatı qurur və 1821-ci ildə Ohayo ştatına gələrək burada musiqi müəllimi və orkestr rəhbəri olaraq işləməyə başlayır. O məhz burada orkestr üçün lampanı kəşf edir və bu uzun illər ərzində burada satılmağa davam edir.

Josiah 1825-ci ildə filosof-sosialist Robert Ouenin təsiri altında Cincinnatidə kommunist düşərgəsi yaratmaq üçün tərəfdaşlar axtarmağa başlayır. Öz biznesini satan Josiah və onun 900 tərəfdaşı İndiana ştatı New Harmony-də qəsəbə yaradırlar. Daha sonradan o anarxist ideyalar ilə maraqlanmağa başlayır.

Josiah Warren əsas olaraq 1827-ci ildə Cincinnati Time Store adlı mağazanı yaratması ilə məşhurdur. Bu mağazanı digərlərindən fərqləndirən cəhət ondan ibarət idi ki, burada məhsulların dəyərini pul ilə deyil, məhz fiziki işlə ödəyirdilər və məhsulların dəyəri rəqib mağazalarda olduğundan nisbətən ucuz idi. Belə ki, hər hansı məhsulu əldə etmək istəyən alıvı həmin məhsulun dəyərinə uyğun olaraq işləməli idi. 5 kq taxıl üçün standart qiymət bir iş günü idi. İnsanlar bu cür öhdəliklər ilə nəinki məhsulların dəyərini, həmçinin mağazanın lövhəsində təsvir edilmiş elana əsasən digər insanların xidmət haqlarını da ödəyə bilərdilər.

Josiah Warren 14 aprel 1874-cü ildə dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər