“JP Morgan” ən böyük valyuta treyderi olub

ABŞ-ın “JP Morgan” bankı həyata keçirdiyi valyuta əməliyyatlarının sayına görə yerli “Citi Bank”ın arxada qoyub və ən böyük valyuta treyderi olub.

Bununla da “JPMorgan Chase & Co” 4 il bazarda liderlik etmiş “Citigroup Inc”dən önə keçib.

“JPMorgan” bankı bazar payını 10,3%-dən 12,13%-ə qədər artırıb. 2-ciyerdə isə 8,25%-lik göstərici ilə “UBS AG” qərarlaşıb. “XTX Markets” isə 7,36%-lik göstərici ilə 3-cü yerdə qərarlaşıb. 4-cü yeri 6,2%-lik göstərici ilə “Bank of America Merrill Lynch”, 5-ci yeri isə 6,15%-lik göstərici ilə “Citigroup” tutub.

📝 RƏY BİLDİR