19 C
Baku
Thursday, April 25, 2024

“JPMorgan”: “Bitcoin” narkotacirlər və qatillər üçün əlverişlidir

“JPMorgan Chase” investisiya bankı “bitcoin” ilə ticarət edən treyderləri işdən qovacaq. “Bloomberg” agentliyinə istinadən, bunu bankın rəhbəri Ceyms Daymon bəyan edib.

“Bu cür treyderlər 1 saniyə ərzində işdən azad olunacaq. Bunun iki səbəbi var: birincisi, bu, bizim qaydalarımıza ziddir, ikincisi, onlar (treyderlər – red.) ağılsızdır”, – deyə C. Daymon bildirib.

Bank rəhbəri “bitcoin”i “yalan” adlandırıb. Onun sözlərinə görə, “bitcoin” ətrafında yaranmış ajiotaj XVII əsrdəki “zanbaq maniyası”ndan (o zaman möhtəkirlər ucbatından zanbağın soğanağı kəskin bahalaşıb – red.) da pisdir.

“Bu kriptovalyuta ətrafında yaranmış vəziyyətin sonu yaxşı olmayacaq. “Bitcoin” narkotacirlər və qatillər üçün əlverişlidir”, – deyə o bildirib.

Son 24 saat ərzində “bitcoin”in məzənnəsi 6,68% zəifləyərək 4019,19 dollar səviyyəsinə enib. “Bitcoin” bazarının kapitallaşması 66,5 mlrd. dollardır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər