Kənd təsərrüfatı naziri “Aqrolizinq”in qarşısında bir sıra vəzifələr qoyub

Bu gün Kənd Təsərrufatı Naziriyində nazir İnam Kərimov və “Aqrolizinq” ASC-nin regional nümayəndəlklərinin iştirakı ilə toplantı keçirilib.

Bu barədə “Report” nazirliyə istinadən xəbər verir.

“Fermerlərlə ən çox təmasda olan və onları dinləyən “Aqrolizinq”dİr. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz “Aqrolizinq”in üzərinə düşür. “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, – deyə nazir toplantını açıb.

Tədbirdə nazir taxil biçini kampanyiası başlamazdan əvvəl “Aqrolizinq”in qarşısına qoyulmuş əsas vəzifələri sadalayıb: “Mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətdə və taxıl yığımı kampaniyası səmərəli təşkil olunmalı, kombaynların dislokasiasiyası müəyyən edilməli, tarlada texnikalar sürtkü yağları və yanacaqla təmin olunmalı, bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütamadi olaraq maarifləndirici verlişlər hazırlanmalı və maliyyə nizam- intizamına, səffaflıqa və dövlət vəsaitinə ciddi nəzarət olunmalıdır”.

Sonda İ.Kərimov tapşırıq və tövsiyələrini verib.