8 C
Baku
Friday, March 29, 2024

“Kənd təsərrüfatı məhsulları təbii fəlakətlərdən sığortalamalıdır”

Artıq Azərbaycanda “Kənd təsərrüfatı məhsullarının sığortası” haqqında qanunun layihəsi hazırlanıb. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, sənəd kənd təsərrüfatı və maliyyə nazirlikləri ilə birgə hazırlanıb və gələn həftə Nazirlər Kabinetinə təqdim olunacaq. “Əhali bilməlidir ki, ölkədə quraqlıq, təbii fəlakətlər gözlənilən hallardır.

Buna görə, dövlət kənd təsərrüfatı məhsullarının yaranan zərərin böyük hissəsini öz üzərinə götürəcək və kənd təsərrüfatı məhsulları təbii fəlakətlərdən sığortalamalıdır”. Nazir bildirib ki, sadəcə hadisə baş verən zaman dövlətdən yardım gözləmək yanaşması metodu düzgün deyil: “Fermerə dəyən ziyan inzibati yollarla ödənilir. Amma bunu biz sistem halına salmalıyıq və əhali özünün məhsullarını sığorta etdirməlidir.

Dövlət bu sığortada öz payını, yəni ən azı 50%-ni ortaya qoyacaq. Bütün mexanizmlər bununla tənzimlənməlidir. Hadisələrə fərdi yanaşmaq olmaz”

Son xəbərlər
Digər xəbərlər