16 C
Baku
Thursday, March 28, 2024

Kapital Bank-ın Gənclik Mall filialı əvvəlki ünvanında fəaliyyət göstərir

Kapital Bank-ın Gənclik Mall filialı artıq əvvəlki ünvanında — Gənclik Mall Ticarət Mərkəzinin (Fətəli xan Xoyski pr., 38) mənfi 1-ci mərtəbəsində müştərilərə xidmət göstərir. Xatırladaq ki, filial bir müddət əvvəl təmir işləri ilə bağlı müvəqqəti olaraq Kapital Bank-ın Gənclik filialında fəaliyyət göstərirdi.

Kapital Bank-ın Gənclik Mall filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirməkdə davam edir. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir. 2018-ci ildə layihə çərçivəsində yeni  Bravo 2, Gəncə Kart Mərkəzi, Şimal filialları açılmış, Füzuli, Ağdaş və İmişli filialları, eləcə də Lökbatan şöbəsi yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər