12 C
Baku
Friday, March 29, 2024

“Kapital Bank” ötən il sponsorluq və reklam üçün daha çox xərc çəkib

“Kapital Bank” ASC ötən il ərzində sponsorluq üçün və reklam üçün xərclədiyi məbləği açıqlanıb.

Bu barədə bankın açıqladığı 2017-ci ilin audit hesabatında deyilir.

Məlumata görə Azərbaycanın filial ən böyük şəbəkəsinə görə öndə gedən bu bank ötən ilin 4 rübü ərzində 7 mln. 83 min manat sponsorluq üçün xərcləyib ki, bu da 2016-cı il ilə müqayisədə 47% daha çox xəec çəkməsi deməkdir.

Bank reklam və marketinq xərcləri üçün ümümilikdə 5 mln. 614 min manat xərc edib ki, bu da hesabat dövründən öncəki, yəni , 2016-cı illə müqayisədə 39% daha çox xərc etməsi deməkdir.

Xatırladaq ki, bankın ötən ili 112 mln. 407 min manat xalis gəlir mənfəət əldə edib ki, bu da ölkə üzrə ikinci ən çox mənfəət edən kommersiya bankıdır.

 

Son xəbərlər
Digər xəbərlər