15 C
Baku
Wednesday, April 24, 2024

Kapital Bank prossesinq mərkəzini inkişaf etdirir

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir. Bank 2009-cu ildə təqdim etdiyi özünün prossesinq mərkəzini mütəmadi olaraq inkişaf etdirir. Nağdsız ödənişlərin artdığı bir dövrdə prossesinq mərkəzinin sabit fəaliyyəti və inkişafı olduqca önəmlidir. Prossesinq mərkəzi tam olaraq PCI DSS təhlükəsizlik standartlarına cavab verir.

Bank müştərilərinə debet və kredit kart funksiyalarını özündə birləşdirən Visa Dual Card, PayWave və PayPass təmassız texnologiyanı dəstəkləyən kartları təklif edir. Elektron ödənişlərinin təhlükəsizliyini təmin etmək üçün 3D Secure sistemini tətbiq edib.

Kapital Bank MasterCard International və Visa International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər