15 C
Baku
Saturday, April 20, 2024

“Kapital Bank” reytinqini yüksəltməyi hədəfləyir

“Kapital Bank” kredit reytinqini bir qədər də yüksəltmək niyətindədir.

Banker.az zəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev müsahibəsi zamanı deyib.

Rəhbər bildirir ki, Bankın fəaliyyəti Standard & Poor’s və Moody’s Investor Service beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir. 2017-ci ilin nəticələrinə görə bankın reytinqi sabit olaraq saxlanılıb. Neqativ xəbərlərin fonunda, bank sədri bunu beynəlxalq agentliklərindən sabit reytinq almağı olduqca çətin və məsuliyyətli məsələ adlandırıb.

“Çalışırıq ki, növbəti qiymətləndirmə zamanı reytinqimizin sabit deyil, bir qədər də artırılmasına müvəffəq olaq. Çünki artıq neftin qiymətinin nisbətən sabitləşməsi, ixracatın artması, idxalın geriləməsi və dolların manat qarşısında məzənnəsini sabitləşdirib. İlin əvvəlində 2 manata yaxınlaşan dollar/manat məzənnəsi hazırda 1,70 manat ətrafında sabitləşib.” – deyə O, müsahibəsində deyib.

Maliyyə göstəricilərinə dair proqnoz müsbətdir

Rövşən Allahverdiyevin sözlərinə görə, bu ilin sonunadək bankın əsas maliyyə göstəriciləri ilə bağlı proqnozları pozitivdir.

“İlin sonuna bir neçə ay qalıb və 3-cü rübün hesabatına nəzər saldıqda görürük ki, rəqəmlərimiz çox ümidvericidir. 2017-ci ildə də artım tendensiyasının saxlanılmasına çalışacağıq. Bundan başqa, hazırda “Kapital Bank” 2018-2020-ci illərin strateji hədəflərini həyata keçirməyə başlayacaq. Keçmiş 3 ilin hədəflərini yüksək nəticələrlə başa vurduq. Çətin transformasiya prosesi zamanı bizimlə olan müştərilərinizə təşəkkürümü bildirmək istərdim. Növbəti illərdə də olduqca çətin və məsuliyyətli hədəflərimiz var. Əminəm ki, onları da peşəkar komandamızın köməkliyi, səyi və bacarığı ilə həyata keçirə biləcəyik”, – deyə R.Allahverdiyev vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər