14 C
Baku
Saturday, April 27, 2024

“Kapital Bank” sədrinin qardaşı İcra başçısı təyin oldundu – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Elxan Allahverdiyevin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Banker.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.” – deyə sərəncamda deyilir.

Elxan Allahverdiyev Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır. Bu məlumatı modern.az saytı yaybıb.

Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər