22 C
Baku
Thursday, April 25, 2024

Kapital Bankdan kredit faizlərinə 4%-ə qədər bayram endirimi

Kapital Bank 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 15.01.2014-cü il tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir müştəri indi kreditin illik faiz dərəcəsində 4%-ə qədər endirim qazanacaq.

Bank 6000 manatadək nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kampaniya müddətində kreditlər 24%-dən başlanan illik faizlə, 36 ayadək müddətə təqdim olunur. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Üstəlik, kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə də həyata keçirmək mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər