14 C
Baku
Thursday, March 28, 2024

“Kapital Bank”dan təhsilə dəstək

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərir. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 000-dək şagird tədbirdə iştirak edəcək.

Yekunda hər fəndən 30 nəfər qalib seçiləcək. 240 şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaqlar. Həmçinin sonda hər fənn üzrə ölkənin güclü şagirdi “Birincilərin birincisi” nominasiyasında təltif ediləcək.

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank ötən il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər