12 C
Baku
Friday, March 29, 2024

“Kapital Bank”ın rəhbəri: “Pensiyaçıların kreditlərə əlçatanlığı mütləq olmalıdır”

Pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması “Kapital Bank” ASC-nin maliyyə göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Banker.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.

“Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir tövsiyə verib. Yəqin ki, vaxt gələcək, bu kimi problemlərdən çıxış yolu ilə bağlı bizimlə məsləhətləşəcəklər. Mən başa düşürəm ki, təqaüdçülər kreditlər üzrə ödəniş etdikdən sonra onların sərəncamında qalan pulla yaşamaq mümkün deyil. Amma hesab edirəm ki, hansısa bir ortaq məxrəcə gəlinməlidir, hansısa bir forma tapılmalıdır. Çünki, pensiyaçıların bu vəsaitə əlçatanlığı mütləq olmalıdır”, – deyə R. Allahverdiyev qeyd edib.

rovshan_allahverdiyev_kapitalbank

Xatırladaq ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması ilə bağlı kredit təşkilatlarına tövsiyə verib.

Son xəbərlər
Digər xəbərlər