12 C
Baku
Thursday, March 28, 2024

“Kapital Bank”ın Tovuz filialında baş verən yanğın söndürülüb – YENİLƏNİB

“Kapital Bank”ın Tovuz rayonu filialında baş verən yanğın söndürülüb.

“Report”un Qərb bürosu xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası cəlb olunub.

Yanğının qarşısı tam alınıb.

İlkin məlumata görə, yanğın binanın elektrik naqilləri blokunda yaranmış qısaqapanma səbəbindən baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.


Xəbər paylaşlıb 11:05

“Kapital Bank”ın Tovuz rayonundakı filialında yanğın baş verib.

Əraziyə yanğın söndürən briqaları cəlb olunub.

Bankın işçiləri təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yayılmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər