Kartdan oğurlanmış pulları necə geri qaytarmaq olar?

Bu dövrdə çox yayılmış bir hadisə: heç nədən şübhələnməyən adam birdən kartından pulların yox olduğunu aşkar edir. Bu çox xoşagəlməz haldır, heç kim pulunu itirmək istəmir. Həmçinin bu overdraft debet kartları və ya kredit kartlar ola bilər, bu zaman həm öz pulunu itirmək, həm də banka borclu qalmaq olar.

Çox zaman kartın sahibi kartın onda olduğunu aşkar edir. Əməliyyat kart sahibinin olduğu şəhərdə, həmçinin xarici ölkədə həyata keçirilə bilər. İnsan anlaya bilmir ki, onun kartından necə istifadə olunub. O PIN-kod və kart haqqında məlumatları heç kimə demədiyini iddia edir. Onu narahat edən əsas sual – kartdan oğurlanmış pulları necə geri qaytarsın? Bunu etmək asan deyil, lakin mümkündür. Ən çətin variant əməliyyatlar PIN-kod daxil edilərək həyata keçirildikdə olur. Banklar iddia edir ki, belə halda əməliyyatlar qaydalara uyğun aparılmış və etibarlı hesab edilir.

Kart oğurlandıqda nə etmək lazımdır?

Kart sadəcə oğurlandıqda, lakin pullar hələ yerində olduqda, sadəcə kartı blok edin və problemin həlli üçün banka müraciət edin. Kartın özünün heç bir dəyəyi yoxdur, o sadəcə bir plastik parçasıdır və polisə müraciət etməyin də mənası yoxdur, az əhəmiyyətli olduğundan oğurluq üzrə iş açılmayacaq.

Əgər kartınız oğurlanıb və nəticədə ondan pul da çəkilibsə, onları qaytarmaq şansı var.

Bu halda, əlbəttə ki, əvvəlcə banka zəng edib kartı bloklaşdırmaq lazımdır. Cinayətkarlar kartdan pulları hələ çıxartmayıblarsa və ya hamısını çıxartmayıblarsa, yaxud da bütün pulları çıxardıblar, lakin sizin kartın overdraft xidməti varsa, bunu etmək lazımdır.

Əgər bütün pulları çıxardıblarsa, ilk növbədə, polisə müraciət edin. Sizə ərizənizin qeydiyyatdan keçdiyinə dair kağız verəcəklər. Cinayətə dair məlumatınız yoxlanacaq, sonra isə pullar ATM vasitəsilə çəkilibsə və kartın məlumatları internet vasitəsilə alış-veriş üçün istifadə olunubsa, oğurluq üzrə, yaxud da real mağaza və s.-də məhsul və ya xidmətlərin ödənişi üçün istifadə edilibsə, dələduzluq üzrə cinayət işi açılacaq.

Eyni zamanda, banka da cinayətə dair məlumatın qəbul edilməsi barədə sənədin surəti və kartın oğurlandığına, lakin heç bir əməliyyat etmədiyinizə dair ərizə ilə müraciət etmək lazımdır.

Kart oğurlanmadıqda, itirilmədikdə, lakin oradan pullar çıxarıldıqda da görülən tədbirlər eynidir. Bu barədə aşağıda məlumat veriləcək.

Kart sizdədir, lakin pullar yox olub…

Kart sizdədirsə, lakin pulları kim isə çıxardıbsa, o zaman yenə də ilk öncə bloklaşdırma üzrə əməliyyatları yerinə yetiririk, təbii ki, bunun artıq əhəmiyyəti qalıbsa. Yuxarıda təsvir olunduğu kimi, polisə müraciət edirik. Bunu etmək mütləqdir, çünki cinayətkarın tutulması (belə də olur, xüsusilə əgər pullar sizin şəhərinizdə çıxarılıbsa) kartdan istifadə qaydalarına əməl etdiyinizi birmənalı şəkildə sübut edəcək.

Diqqət!  Banka müraciət edərkən ən başlıcası, mübahisəli əməliyyatlara aidiyyatınızın olmadığını sübut etməkdir.  Bu ən çətinidir. Bəzən əməliyyatlar başqa bir ölkədə aparılsa belə, banklar pulları geri qaytarmaqdan imtina edirlər.

Siz banka ərizə ilə müraciət etdikdən sonra, bankın daxili istintaqı başlayacaq. Əməliyyatların harada, saat neçədə və necə həyata keçirildiyi müəyyən ediləcək. Əməliyyatlara aidiyyatınızın olmadığını təsdiqləyən bütün mümkün sənədləri təqdim etsəniz yaxşı olar. Əməliyyatlar başqa bir ölkədə həyata keçirildikdə, xarici pasportunuz da əlavə edilə bilər. Başqa bir şəhərin ərazisində törədildiyi təqdirdə, siz iş yerindən məzuniyyətdə olmadığınıza və əməliyyatın keçirildiyi gün iş yerində olduğunuza dair arayış təqdim edə bilərsiniz.

Ən pis halda məhkəməyə müraciət edin

Pulunuzu geri qaytarmaqdan qəti şəkildə imtina edirlərsə, bu zaman bir çıxış yolu qalır – məhkəməyə müraciət edin. Kartdan pul oğurlanması ilə qarşılaşanların çoxu artıq pullarının məhkəmə yolu ilə qaytarılması üçün müəyyən yol açıblar. Bu məsələ üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur və hər şey düzgün şəkildə edilərsə, pulları geri qaytarma şansı var. Hətta cinayətkarlar PIN-kodu yığdıqda belə, şans var. Lakin yadda saxlamaq lazımdır ki, müxtəlif ərazilərdə eyni məsələ üzrə məhkəmə təcrübəsi müxtəlif olur. Məhkəməyə müraciət etməzdən əvvəl, onu araşdırmaq tövsiyə edilir. Ən yaxşısı, kömək üçün vəkilə müraciət etməkdir.

Yekun

Yuxarıda qeyd olunduğu kimi, ən çətini PIN-kod daxil edilərək həyata keçirilən əməliyyatları sübut etməkdir. Cinayətkarlar PIN-kodu iki yolla müəyyən edə bilərlər: onun daxil edilmə prosesini xırda kameri ilə çəkərək və ya ATM üzərinə yerləşdirilmiş əlavə klaviatura ilə. Belə bir ehtimal da var ki, siz PIN-i kassir/satıcının gösləri qabağında daxil etmisiniz, o isə kodu yadda saxlayıb. Bunlara əsasən, belə nəticələr meydana çıxır: hər zaman PIN-kodu daxil etdikdə, bir əliniz ilə digərini örtün, həmçinin ATM-ləri diqqətlə nəzərdən keçirdin.  

📝 RƏY BİLDİR