12 C
Baku
Friday, March 29, 2024

Kartların verdiyi üstünlüklər -Bolkart

Müəllif: Məhəmməd İbrahimov, Bank of Baku -nun  “Həzi Aslanov” filialının direktoru

Son illər Azərbaycanda bank sektorunun dinamik inkişafı, banklar arasında rəqabət mühitinin artması, bankları müştərilərə yeni məhsullar təklif etməyə, innovativ və texnoloji yenilikləri tətbiq etməyə, müştəri məmnuniyyətini daim yüksək tutmağa vadar edir. Bu sahədə daim öndə olan “Bank of Baku”  ölkə bank sektorunda bir çox ilklərə və yeniliklərə imza atmış, müştərilərin rahatlığı, məmnuniyyəti üçün ən perspektivli layihələri icra etmişdir. İlklərə misal olaraq “Hissə-hissə ödənişli co brand kredit kartlarını” (İdeal, MyBrands), “Cash-in Ödəniş Terminallarını”, “Hissə-hissə ödənişli çoxpartnyorlu Bolkart kredit kartını”, “Qısa nömrəli və İVR (interaktiv səsli cavab) sistemi ilə Məlumat Mərkəzini”, “İstehlak krediti müştəriləri üçün Dostlar Klubu loyallıq (sadiqlik) proqramını”, “Kredit borcunun internetlə onlayn ödənişini”, “Facebook Fanlarına arayışsız kreditlərin ayrılmasını”, “Əmanət müştəriləri üçün “Əmanət Klubu”nun təsis edilməsini” “SMS kredit layihəsini” və s. misal göstərmək olar. Məhz bunun nəticəsidir ki, bu gün 600000-dən çox insanın etibar etdiyi “Bank of Baku” Azərbaycan İstehlak kreditləri bazarında novator bank olmaqla artıq 4 aydır ki, Mərkəzi Bank tərəfindən ardıcıl olaraq nağdsız ödənişlər üzrə lider bank elan edilir.

Bu gün ölkədə emissiya olunan kredit kartların 45 faizinin “Bank of Baku”ya məxsus olması buna sübutdur. Təbii ki, burada ən böyük pay artıq 160000-dən çox müştərisi olan “Bolkart” layihəsinin üzərinə düşür. 19 oktyabr 2011-ci il tarixində ilk dəfə emissiya olunmasından iki il keçməsinə baxmayaraq, bu gün Bolkart ölkə əhalisi arasında çox populyarlıq qazanıb. Təkcə bir rəqəmi qeyd etmək olar ki, 2013-cü ilin yanvar ayında Bolkart istifadəçilərinin sayı 60000 olduğu halda bu gün bu rəqəm 160000-ə çatıb. Cari ilin 10 ayı ərzində istifadəçilərin sayının daha 100000 artmasının səbibi Bolkartın aşağıda qeyd olunan üstünlükləri ilə bağlıdır:

ari21.    MasterCard loqolu Bolkart ilə ölkədə və ölkə hüdudlarından kənarda birbaşa və onlayn alış-veriş imkanı
2.    Vaxtaşırı kartın balansındakı  limiti nağdlaşdırmaq imkanı
3.    5000 manatlıq maksimal balans
4.    MasterCard loqolu Bolkartın xüsusi çiplə təmin edilməsi və POS-terminal ilə əməliyyatların daha təhlükəsiz və rahat olması
5.    Kart sahiblərinin rahatlığını təmin etmək məqsədilə tam yenilənmiş www.bolkart.az  saytında “şəxsi kabinet”, axtarış sistemi, onlayn kalkulyator, mağazaların reytinq səsverməsi və digər funksiyaların mövcud olması
6.    Kart sahibləri üçün pulsuz SMS məlumatlandırma xidmətinin tətbiq edilməsi. Belə ki, hər alış-verişdən sonra, Bolkart sahibinin mobil telefonuna  alış-veriş etdiyi ticarət obyektinin adı, alış-veriş məbləği və kartda mövcud balansı göstərən SMS daxil olur. Nağdlaşdırma kampaniyaları zamanı mobil telefona nağdlaşdırılan məbləğ və cari balans barədə SMS daxil olur. Beləliklə, Bolkart sahibi kartdakı məbləğə nəzarət imkanı qazanır.
7.    Bütün Bolkart sahiblərini MasterCard növlü Bolkartla təmin etmək məqsədilə cari kredit borcunu saxlamaqla kartın əvəzlənə bilməsi.
8.    Bolkart MasterCard sahiblərinin Bolkart şəbəkəsinə aid olmayan ticarət obyektlərində və internetdə daha münasib ödəmə şərtilə alış-veriş edə bilməsi. Belə ki, Bolkart şəbəkəsi xaricində olan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery və s.) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 aylıq ödəniş müddəti əldə edə bilərlər
9.    Kartın 3 illik müddətə verilməsi və pulsuz olması
10.     İş yerindən arayış tələb olunmadan kartın alınması imkanı
11.     Ödənişlərin banka gəlmədən, növbə gözləmədən internet vasitəsilə aparılması imkanı
12.     Onlayn kredit müraciəti etməklə Bolkartın növbə gözləmədən alına bilməsi
13.     Ən böyük ödəniş terminalı şəbəkəsinə malik olması. 120 ədəd “Bank of Baku” və 1000-dən çox “Milli Ön” terminallarında ödənişlərin aparıla bilməsi

Qeyd etmək lazımdır ki, klassik kreditlərdə müştərilər hər hansı malı almaq istədikdə ilk növbədə mağazanı seçir, sonradan həmən mağazanın istehlak krediti üzrə hansı bankla işlədiyini dəqiqləşdirir, bankın tələblərinə uyğun olaraq iş yerindən arayış, şəxsiyyət vəsiqəsi və mağazanın təqdim etdiyi hansı malın alınmasını əks etdirən arayışla banka gedərək kreditin rəsmiləşdirilməsini həyata keçirirdilər. Rəsmiləşmə zamanı müştərilər banklarda saatlarla növbə gözləyir, bir çox hallarda kredit üçün ilkin ödəniş etməli olur və sonda faizli kredit əldə edirdilər. Təbii ki, kreditin alınması üçün banka yalnız bankların iş saatlarında və günlərində müraciət etmək mümkün idi.

Bundan əlavə bir krediti almış müştəri bir neçə ay sonra həmən kreditə paralel başqa əşyanı kreditlə almaq istəyirdisə bu zaman da bir çox problemlər yaranırdı. Təkrar növbələrdə gözləmə, yenidən iş yerindən arayışın təqdim edilməsi, müəyyən komissiya haqqlarının ödənilməsi və s. Bolkart istifadəçilərinin üstünlüyü ondadır ki, müştərilər arayış təqdim etmədən yalnız şəxsiyyət vəsiqəsi ilə bir dəfə Bolkartı əldə edirlər və bundan sonra 3 il ərzində kartla istənilən mağazada alış edə və dəyərini hissə-hissə faizsiz şəkildə 1, 3, 6 və 12 aya banka ödəyə bilərlər.

Bütün bunlardan aydın olur ki, Bolkart Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə  “Bank of Baku”-nun bir töhfəsidir və onun gələcək perspektivi çox parlaqdır.

Son xəbərlər
Digər xəbərlər