18 C
Baku
Wednesday, April 24, 2024

Karyera ekspertindən abituriyentlərə məsləhətlər

“Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər ixtisas seçimi ərəfəsindədirlər. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentləri düşündürən suallardan biri də ixtisasların gələcək perespektivləri ilə bağlıdır.

Təcrübə göstərir ki, xüsusilə nisbətən az bal yığan tələbələr ixtisas seçimində yanlışlıqlara yol verirlər.

Yaxşı olar ki, abituriyentlər seçim edərkən həm də seçmiş olduqları ixtisasların gələcək perespektivlərini, gələcəkdə əmək bazarındakı tələbatı nəzərə alaraq qərar versinlər”.

Bu sözləri açıqlamasında karyera məsələləri üzrə ekspert, bu mövzuda bir neçə kitabın müəllifi olan Eyvaz Qocayev bildirib.

E.Qocayev qeyd edir ki, ixtisas və universitet seçimi hər bir gəncin gələcək taleyini müəyyən edir: “Hansı universitet, hansı ixtisas olur olsun yox, baxmalıdırlar ki, hansı ixtisas daha perspektivlidir və bu ixtisas hansı universitetlərdə daha yaxşı tədris olunur. İnformasiya texnologiyaları, mühəndislik, maliyyə məsləhətçisi, dizayn, tibb, hüquq  kimi sahələr  hazırda perespektivli sahələrdəndir.

Və ya tutaq ki, turizm və otelçilik üzrə təhsil almış kadrlar post neft dövründə tələb olunan mütəxəssislərdəndir. Bu ixtisasın məzunlarından bir neçə xarici dili bilmək tələb olunur. Belə halda, universitetin təhsil keyfiyyəti də, xarici dillərin tədris vəziyyəti də önəmlidir.

Məsələn, bu ixtisasın ilk tədris olunduğu universitetlərdən biri Qərb Universiteti bu sahədə yaxşı təcrübəyə malikdir. Tələbə və ya ona istiqamət verən valideyn bu məlumatları bilməlidir, indi internet əsridir, ayrı-ayrı axtarış saytlarına, universitetlərin rəsmi saytlarına və sosial şəbəkələrdəki səhifələrinə daxil olaraq informasiya toplamalı, təhlil aparmalıdır. Və ya götürək, o qədər də populyar olmayan “Meşəçilik” ixtisasını.

Abituriyent üçün ilk baxışda bu ixtisas bəlkə də o qədər də cəlbedici gəlmir. Ancaq bütün dünya ekoloji məsələlərə, yaşıllıqların, meşələlərin qorunmasına, salınmasına bu gün daha çox diqqət ayırmağa başlayıb. Bu meyl gələcəkdə daha çox güclənəcək. Deməli, nə qədər cəlbedici görünməsə də “Meşəçilik” ixtisına yiyələnmiş peşəkar mütəxəssis gələcəkdə axtarılan kadr olacaq”.

Sözsüz ki, ixtisas seçimi edərkən abituriyentlər  qabiliyyətlərini, maraq və meyllərini də nəzərə almalıdırlar.

“Öz xüsusiyyətləri ilə ixtisasların xüsusiyyətlərinin üst-üstə düşməsinə fikir verməlidirlər.

İxtisas seçmədən öncə o ixtisasla bağlı ümumi məlumat əldə etməlidir,  bu ixtisasa sahib olmaq üçün hansı maraq və qabiliyyətə sahib olmalı olduğunu bilməlidir. Bu ixtisasın iş mühiti ilə bağlı ümumi məlumatı olmalıdır və bu iş mühitinin onu xoşbəxt edib etməməsini düşünməlidir.  Seçdiyi ixtisasın üstünlüklərini və mənfi cəhətlərini müqayisə etməlidir.

Onu da qeyd edim ki, bu gün əmək bazarında əsas məsələ peşəkar bir kadr olmaqdır. Hansı ixtisası seçməsindən asılı olmayaraq əsas məsələ bu sahənin peşəkarı olmaqdır” – deyə ekspert əlavə edir.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər