14 C
Baku
Wednesday, April 24, 2024

Karyeranı məhv edən beş əsas vərdiş hansıdır?

VitalSmarts şirkətinin vitse-prezidenti Devid Maksfild araşdırma həyata keçirib və menecerləri sorğuya cəlb edib. Nəticədə istənilən karyeranın üzərindən xətt çəkə biləcək təhlükəli vərdişlərdən ibarət siyahı tərtib edib.

Banker.az bu vərdişlərin sizdə olub, olmadığını yoxlamağı təklif edir.  

Əksər işçilər bu vərdişlərdən heç olmasa birinə sahibdirlər. Araşdırma müəllifi qeyd edir ki, bu vərdişlərə sahib olmaq insanlara komandanın bir parçası olmağa imkan vermir.

  1. Təşkilatlılıq xüsusiyyətinin olmaması

Bu xüsusiyyətlərə sahib insan planlaşdırmaya, təşkilat prosesinə, ünsiyyətə, kolleqalarla koordinasiyaya zaman ayırmır. O öz öhdəliklərini yerinə yetirmir və ona etibar etmək çətindir.

  1. Prokrastinasiya

Belə bir insan bütün işlərini təxirə salır, tapşırığın son icra müddətini ötürür, işi yaxşı formada yerinə yetirmək üçün vaxt tapmır.

3.Günahkarlıq hissinin olmaması

İnsan öz öhdəliklərini inkar edir, özünə bəraət qazandırır, günahı başqasının boynuna qoyur və deyir: “Bu mənim işim deyil”.

  1. Dəyişmək arzusunun olmaması

O keçmişdə ilişib qalıb, gələcəkdən gileylənir, bütün keçmiş səhvlərini təkrarlayır, bütün yeniliklərdən üz döndərir.

  1. Kolleqalara qarşı pis münasibət bəsləmək

Belə bir əməkdaş mənfilikdən əziyyət çəkir, tez-tez digərlərinə ilişir, daim kimdəsə çatışmayan cəhət axtarır və onların nailiyyətlərini göz ardına vurur.

Bəs əgər bu vərdişlərə sahibiksə bunu necə düzəltmək olar? Araşdırma müəllifi özünüzlə səmimi olmağı təklif edir: “Bunu deməyə hazır olun: bu mənəm, mən bəzən belə edirəm. İlk addım – problemin var olduğunu dərk etməkdir”.

Əgər özünüzdə problemin olduğunu düşünürsünüzsə, ətrafdakılardan özünüz haqqında soruşun. Onlardan çəkinməməyi və öz fikirlərini dürüst olaraq demələrini xahiş edin.

Problemin öhdəsindən gəlməyə hazırsınızsa, onun həlli üçün konkret vaxt təyin edin. Planlaşdırmağı bacarmırsınız? Konkret müddətə qədər özünüzə bunu öyrədəcəyinizi vəd edin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər