21 C
Baku
Friday, April 26, 2024

Kasko sığortasında yığımlar 13%, ödənişlər isə 8% azalıb

2015-ci ilin yanvar-iyul aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Banker.az portalına daxil olan məlumata görə, bu növ sığortadan toplanan sığorta haqqı 7,1 dəfə artaraq 2,1 milyon manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 5,4 dəfə artaraq 736,5 min manat, kreditlərin sığortasında isə 4,2 dəfə artaraq 506,4 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,2% artaraq 42 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 57,5% artaraq 376,3 min manat, tibbi sığortada 1,4% artaraq 46,5 milyon manat,  səfər sığortasında 6,8% artaraq 1,26 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 32,9% artaraq 775,1 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 9,8% artaraq 23 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 86,5% artaraq 19,5 milyon manat, avtomobillərin icbari sığortasında isə 20,2% artaraq 45,5 milyon manat manat təşkil edib.

7 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 51,9% azalaraq 1,2 min manata düşüb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında yığım 38,5% azalaraq 209,2 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə yığım 27,2% azalaraq 8,3 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 22,5% azalaraq 7,4 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 6,4% azalaraq 5,8 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,1% azalaraq  18,1 milyon manat, avtomobillərin könüllü sığortasında 13,1% azalaraq 18,4 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 1,6% azalaraq 251,8 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 2,4% azalaraq 83,4 min təşkil edib.

Bu ilin yanvar-iyul aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kreditlərin sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 35,4 dəfə artaraq 114,4 min manat təşkil edib. Bundan başqa, həyatın yaşam sığortasında 11,1 dəfə artaraq 28,4 milyon manat, həyatın ölüm halından sığortasında isə 3 dəfə artaraq 1,5 milyon manat olub.

Sığorta ödənişlərinin məbləği sağalmaz xəstəliklərdən sığortada 9,6% artaraq 13,7 min manat, tibbi sığortada 5,1% artaraq 28,7 milyon manat, avtomobillərin icbari sığortasında isə 14,5% artaraq 18,7 milyon manat təşkil edib.

7 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə hava və su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, peşə məsuliyyətinin sığortası üzrə ödəniş 87% azalaraq 1,45 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 84% azalaraq 2 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 11,5% azalaraq 668,7 min manat, səfər sığortasında 16,1% azalaraq 110,1 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 22,1% azalaraq 4,6 milyon manat, kasko sığortasında 7,7% azalaraq 14,6 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 66,6% azalaraq 124,1 min manat olub. istehsalatda bədbəxt hadisələrdən sığortada 13,4% artaraq 1,5 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 48,7% azalaraq 673,2 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında isə 75,4% azalaraq 0,9 min manat təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər