8 C
Baku
Friday, March 29, 2024

Kassir – əməliyyatçı (Bakı, Xaçmaz, Mingəçevir və Qusar şəhərləri üzrə) – Expressbank

Tələblər:

– Ali təhsil;
– Analoji sahədə 2 ilə qədər iş təcrübəsi;
– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
– Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
– Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

– Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
– Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
– Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
– KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Vakansiyamıza göstərilən marağa və təqdim edilən CV-yə görə bütün namizədlərə təşəkkürümüzü bildiririk. Biz Sizin CV ilə yaxından tanış olacayıq. Vakant vəzifənin tələblərinə uyğun olduğu halda daha ətraflı müzakirə üçün Sizinlə əlaqə saxlayacayıq və müsahibəyə dəvət edəcəyik. Sizin CV bizim kadr ehtiyatı bazasında artıq saxlanılmışdır.

CV yükləmək.

exprs-34874684574333

Son xəbərlər
Digər xəbərlər