8 C
Baku
Friday, March 29, 2024

Kataloniyanı siyasi böhrana görə 2000 şirkət tərk edib

Oktyabr ayı ərzində təqribən 2000 şirkət baş qərargahını regiondan kənara köçürməyə qərar verib.

Banker.az İspaniyanın El Pais nəşrinə istinadən xəbər verir ki, 1 oktyabrdan, yəni Kataloniyada müstəqillik əldə edilməsi ilə bağlı referendumun tarixindən başlayaraq 31 oktyabra qədər 1982 şirkət regionu tərk edib.

Şirkətlərin əksəriyyəti öz qərarını muxtar vilayətdə siyasi və sosial vəziyyətin yaratmış olduğu hüquqi qeyri-müəyyənsizlik ilə izah edib. Qeyd edilir ki, oktyabr ayının son günü Kataloniyanı 99 şirkət tərk edib.

Lakin ayrı-ayrı günlərdə, xüsusən də vacib qərarlar verildiyi günlərdə göstəricilər daha yüksək olub. Belə ki, Kataloniyanın müstəqilliyinin elan edildiyi 27 oktyabr tarixində Kataloniyanı dərhal 140 şirkət tərk edib.

Qeyd edilir ki, Kataloniyada qeydiyyatdan keçmiş şirkətlərin ümumi sayı ilə müqayisədə 2000 göstəricisi kifayət qədər kiçik olsa da, sözügedən bu şirkətlərin regionun iqtisadiyyatındakı payı böyükdür.

Bir faktı da qeyd etmək lazımdır ki, oktyabr ayı ərzində Kataloniyada 78 şirkət qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər