4 C
Baku
Friday, March 29, 2024

Keçmişdən günümüzə gəlmiş qeyri-adi faktlar

  • Con Kennedinin kürsüsü hərracda 442 000 dollara satılmışdır.
  • Qədim Çində ən yaxşı ad günü hədiyyəsi tabut hesab edilirdi.
  • Tualet kağızını 1857-ci ildə Nyu- Yorklu Jozef Hayetti icad etmişdi.
  • Yer üzündə tapılmış ən böyük almaz 3 106 ayarlıdır.
  • İlk diyircəkli qələmlər 1945-ci ildə satışa çıxarılmışdılar. Hər bir qələmin qiyməti 12 dollar idi.
  • Bəzi şarablar köhnəldikcə xarab olurlar.
  • ABŞ-da 1794-ci ilin 15 oktyabrında buraxılmış ilk sikkəsi gümüş dollar olmuşdur.
  • İlk dəfə nahar masasında çəngəldən amerikalı Con Unitrop istifadə etmişdir. Bu hadisə 1630-cu ilin 25 iyununda baş vermişdi.
  • Diş məcununu 5000 il əvvəl misirlilər icad etmişdilər. Qədim Romada diş məcunlarının tərkibinə sidik qatılırdı. Çünki sidiyin tərkibində ammiak var. O, isə yaxşı təmizləyici xüsusiyyətlərə malikdir. Bugünkü gündə belə diş məcunlarının hazırlanmasında ammiakdan istifadə edilir.
  • Gün ərzində ağızda təxminən 1,4- 1,5 litr ağız suyu əmələ gəlir.
  • İlk milad açıqçaları 1842-ci ilin 9 dekabrında İngiltərədə əmələ gəlmişdilər.
  • Kişi ətəklərindən nəinki Şotlandiyanın, həmçinin Yunanıstanın hər bisində istifadə edilirdi.
  • 1850-ci ildə Levi Ştrauss istehsal etdiyi ilk cins şalvarı 6 dollara satmışdır.
  • Büstqalter ilk dəfə ABŞ-da 1900-ci illərdə əmələ gəlmişdi.
Son xəbərlər
Digər xəbərlər