8 C
Baku
Thursday, March 28, 2024

Kesson-un uğur qaydası: necə pul qazanmaq olar?!

  • Sərmayəni yalnızca anlayışınız olduğu sahəyə yatırmaq lazımdır. Heç bir illuziyaya aldanmayın ki, nəyə pul yatırsanız, o da sizə pul qazandıracaq.

  • Təzyiq altında pul yatırmaq olmaz. Sizi yola gətirdilər, sizi aldatdılar, sizə təzyiq etdilər. Xeyr, bütün bunları sizinlə etməyə özünüz icazə verdiniz. Əgər sizə təzyiq edirlərsə, siz isə daxilən buna etiraz edirsinizsə, deməli burada sizin maraqlarınız qiymətləndirilmir. Hazırda bu üsuldan istifadə edən fırıldaqçıların sayı kifayət qədər çoxdur.
  • Sərmayəni hazırda sahib olduğunuz əmlaka etməlisiniz, planlara yox. Kesson-un fikrincə əmlak böyük və ayırımaz dəyərə malikdir. Əmlak bu gün mövcuddur və sabah da real olaraq mövcud olacaq. Onu daim pula çevirmək, kirayə vermək, satmaq mümkündür.
  • Pulu daha sonradan sata biləcəyiniz amillərə yatırmalısınız. Aldığınız məhsulun daha sonradan sizin üçün ağır yükə çevrilməsini istəmirsinizsə yadda saxlamalısınız ki, tezliklə həmin predmetə münasibətiniz dəyişə bilər və ondan imtina etmək qırarına gələ bilərsiniz. Aldığınız əşyanın unikallığı nə qədər çoxdursa, daha sonradan onu satmaq bir o qədər çətin olacaq. Adi əşyanı satmaq daim asandır.
  • Öz gəlirinizi götürün. Biznesdə əsas olan gəlirin əldə edilməsidir. Əgər sabah hər hansı bir əşyanı satmadığınıza görə təəssüf hissi keçirsəniz bu o deməkdir ki, gəliri əldən verdiniz.
  • Öz bankirinizi dinləyin. Maliyyə işləri dolaşıq yumaq kimidir. Unutmayın ki, bankirlər bu işlə uzun müddət məşğuldurar və düyünü haradan açmağın lazım olduğunu yaxşı bilirlər. Onlara etibar edin.
  • Məhsulun dəyəri düşdüyü vaxt onu almaq, bahalaşdıqda isə satmaq lazımdır. Burada hər şey çox sadədir.
  • Pullarınızı daim dövriyyədə saxlayın. Maliyyənin ən əsas qaydası – yalnızca hərəkətdə olan pullar gəlir gətirər ideyasıdır. Borca müraciət etmədən kapitalın həcmini artırmaq üçün sadəcə olaraq onun dövriyyə sürətini artırmaq lazımdır. Satmağı öyrənmək lazımdır. Bu faiz ödəməkdən yaxşıdır.
  • İşə yatıra biləcəyiniz qədər borc əldə edin. Biznesmen kredit əldə etmək üçün cəsarətə sahib olmalıdır. Bununla yanaşı, risk etmək tələb olunur. Lakin risk olmadan yalnızca sahib olduqlarınızı qoruyub saxlaya bilərsiniz və pullar gəlir gətirməyəcək. Kapitaldan necə istifadə edə biləcəyinizi düşünmək lazımdır.
  • Lovğalıq üçün deyil, inkişaf üşün kredit götürün. Bir çox şirkətlər məhz birini digərindən ayıra bilmədikləri üçün məhv oldular. İnkişaf tələbatın artması, lovğalıq isə gözə kül üfürməklə özünü biruzə verər.
  • Heç vaxt borca pul verməin. Bu nə gəlir, nə də minnətdarlıq qazandırmır. Əvəzində, gəlir qazanmaq şansını itirirsiniz.
  • Hər hansı bir sahəyə yatırım edin və qiymətlərin dəyişməsini müçahidə edin. İlk başdan aydındır ki, bu qayda hər kəs üçün nəzərdə tutulmayıb. Onun mahiyyəti bundan ibarətdir ki, bütün sahələr inkişaf zamanı eniş və yoxuşlar yaşayır. Qiymətlər enən vaxt pis sahənin yaxşı şirkətinin səhmlərini alsanız, gələcəkdə yaxşı gəlir gözləməyə dəyər.
Son xəbərlər
Digər xəbərlər