17 C
Baku
Saturday, May 18, 2024

“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib

Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində rəqəmsallaşmanın təşkili məqsədilə cari ilin aprel ayının 1-dən “Keyfiyyət portalı” (e-keyfiyyet.gov.az) real rejimdə istifadəyə verilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Banker.az-a verilən məlumata görə, ilkin mərhələdə portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların, yoxlama və kalibrlənmə nişanlarının, yararsızlıq haqqında bildirişlərin verilməsi, o cümlədən ləğv edilməsi, inspeksiya orqanının rəylərinin verilməsi, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun verilməsi və digər aidiyyəti xidmətlər elektronlaşdırılıb. 

May ayından etibarən isə “Keyfiyyət portalı”na daha bir xidmət əlavə olunur. Belə ki, 2024-cü il mayın 1-dən etibarən ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün “Keyfiyyət portalı” vasitəsilə müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, sertifikatların verilməsi Bakı KOB evində ənənəvi qaydada həyata keçiriləcək.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər