12 C
Baku
Thursday, March 28, 2024

Keyfiyyətli olmayan məhsulu necə qaytarmaq olar?

Yəqin hər birimiz belə bir vəziyyətə düşmüşük ki, aldığımız texnika yararsız və yaxud qüsurlu çıxıb. Əldə etdiyimiz məhsulu qaytarmaq isə o qədər də asan deyil. Adətən ticarət firması bu problemi həll etmək istəmir və dərhal müştərinin əleyhinə bir neçə bəhanə tapır.

Əgər məhsul müəyyən olunmuş standartlara cavab vermirsə onun qaytarılma qaydaları eynidir. Siz istənilən məhsulu kredit kartları ilə alsanız belə, yenə də qaydalar eynidir.

Siz ilk növbədə bankın məhsulun keyfiyyətinə cavabdeh olmadığını başa düşməlisiniz.

Əgər siz banka aylıq ödənişləri gecikdirməklə ödəyirsinizsə, sizə qarşı müvafiq cərimələr və sanksiyalar tətbiq oluna bilər.

Vətəndaş qüsur aşkarladığı zaman iki nüsxədə irad ərizəsi tərtib etməlidir. Nüsxələrdən biri ticarət məntəqəsinin müdriyyətinə verilir. İkinci nüsxə mağazanın satıcısı tərəfindən imzalanmalı və orada məhsulun əldə edildiyi tarix qeyd olunmalıdır. Həmin nüsxəni vətəndaş özündə saxlamalıdır. Daha sonra isə ticarət məntəqəsi ya müqaviləni ləğv edir, ya da vəsaitlərin qaytarılmasından imtina edir.

Məhsul əldə edildiyi zaman bank onun sahibi sayılır. Buna görə alış-veriş haqqında müqavilə pozulanda pullar kredit müəssisəsinin hesabına keçir. Müqavilənin ləğv edilməsi və pulların köçürülməsi əməliyyatlarını ticarət firması on gün ərzində edir.

Alış-veriş müqaviləsinin ləğv olunmasından sonra avtomatik olaraq bank təşkilatı ilə olan kredit müqaviləsi də ləğv edilir. Bunun üçün maliyyə müəssisəsinə alış-veriş müqaviləsinin dayandırılmasını təsdiq edən sənədlərlə yanaşı müraciət forması təqdim etmək lazımdır.
Banka ödənilmiş cari kredit vəsaitləri isə pozulmuş müqaviləyə əsasən müştəriyə qaytarılır.

Burada kredit kartları ilə əldə olunmuş məhsulların dəyərinin yalnız bir qisminin qaytarılmasını nəzərə almaq lazımdır. Faizlərə ödənilmiş pullar qaytarılmır.

Lakin əldə olunmuş hər bir məhsulun qaytarılma cəhdləri uğurla bitməyə bilir. Belə olduğu halda müştəri məhkəməyə müraciət etməlidir. İddia ərizəsinə ticarət məntəqəsi ilə olan müraciəti, bank ilə aparılan danışıqları təsdiqləyən sənəd əlavə olunmalıdır.

Son xəbərlər
Digər xəbərlər