KFC Trumpın sözləri ilə “McDonald’s”a sataşdı

Koreya Demokratik Xalq Cümhuriyyətinin lideri Kim Jong-un nüvə silahı proqramı və raket sınaqlarından imtina etməyəcəyini vurğulayıb “Nüvə düyməsi masamdadır” deməsi ABŞ prezidenti Donald Trumpın da buna cavabən “Mənim də bir Nüvə Düyməm var, amma onunkindən daha böyük və güclüdür. Üstəgəl, mənim düymən işləyir” ifadələrindən istifadə etməsi “fast food” bazarına ilham olub.

Mənim də masamda bir hamburger var

Kentucky Fried Chicken (KFC) İngiltərə və İrlandiya rəsmi “Twitter” hesabından edilən paylaşımda, digər bir “fast food” zənciri olan “McDonald’s”un məşhur kloun simvolu Ronaldı, Trumpın sözləri ilə hədəf alıb:

“McDonald”sun lideri Ronald masasında hamburger olduğunu söylədi. O böyük ayyaqqabılı və qırmızı burunlu rejimindən biri xahiş edirəm ona desin: Mənim də masamda bir hamburger var, amma mənimkinin paketi onunkindən daha böyük və güclüdür. Həm də mənim hamburgerimin özəl sousu var”.

Paylaşım “nüvə düyməsi” həştəqi ilə sona çatdırılıb. KFC-nin bu paylaşımı 120 000-dən çox retivit alıb. “McDonald’s”dan isə məsələ ilə bağlı hələ də açıqlama gəlməyib.