15 C
Baku
Friday, April 26, 2024

Kibrit necə ixtira edilib?

Sürtünmə nəticəsində alovlanan kibritlər 19-cu əsrin əvvəlində ingilis ixtiraçı John Walker tərəfindən yaradılmışdı. Bu hadisə isə tamamilə təsadüf nəticəsində baş verir.

John ilk olaraq cərrah köməkçisi olaraq fəaliyyət göstərsə də, sonradan özünü kimya sahəsində sınamaq qərarına gəlir. Onun əsas cavab tapmağa çalışdığı sual odun əldə edilməsi idi.

Bir dəfə o sulfid, kalium xlorat, kükürd və yapışqan qarığından ibarət maddə ilə eksperiment aparırdı. Bu zaman John təsadüfən maddəni qarışdırdığı çubuğu daş divara sürtür. Çubuq üzərində qalmış maddələr alışır və beləliklə kibrit ixtira edilir.

Tezliklə bu kibritlər satışa çıxarılır. 50 kibritdən ibarət 1 qutunun qiyməti 50 şillinq idi. Hər kibrit qutusu ilə birgə aşılayıcı kağız parçası da təqdim edilirdi ki, kibriti alışdırmaq üçün kibrit çöplərini bu kağız parçasına sürtmək kifayət idi. Jhon öz ixtirasını  britaniyalı ixtiraçı William Congreve-in şərəfinə “Congreve” adlandırmışdı. O istənilən şəxsin kibrit istehsalı ilə məşğul ola bilməsi üçün ixtirasını patentləşdirmir.

Jhon iki il ərzində 250 qutudan çox kibrit sata bilir və onun satış haqqında olan kitabı bu faktı təsdiq edir. Bir faktı da qeyd edək ki, John Walker kibrit istehsalından sonra məşhur və varlı olmur və o öz kəşfinə görə yalnız ölümündən sonra populyarlıq qazanır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər