21 C
Baku
Thursday, April 25, 2024

Kiçik mütəxəssis – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Satış kanalları və marketinq departamenti, Əlaqə Mərkəzi  şöbəsi

Vəzifə : Kiçik mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  21 iyun 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Əlaqə Mərkəzinə gələn zəngləri müştəri xidmət standartlarına uyğun cavablandırmaq;
2. Müştərilərə çıxış zəngləri etmək, online çat vasitəsilə daxil olan müraciətləri yazılı cavablandırmaq;
3. Şirkətin məhsul, tarif və xidmətləri barəsində müştəriləri məlumatlandırmaq;
4. Telefon vasitəsilə müştərilərə soyuq zənglər etmək, sığorta məhsullarının satışı və çarpaz satışını həyata keçirtmək;
5. Debitor məbləği olan müştərilərə zənglər etmək və sığorta haqqlarının ödənilməsini təqib etmək.

Namizədə olan tələblər:

– İş təcrübəsi : Tələb edilmir;
– Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur;
– Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə bilməlidir;
– Kompüter bilikləri : MS Office;
– Üstünlüklər : İngilis dilini bilənlərə və sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;
– Fərdi keyfiyyət tələbləri : Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Contact center” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər