19 C
Baku
Thursday, April 25, 2024

Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın – patriarx Kirill deyir

Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın.

Bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Rus pravoslav kilsəsinin rəhbəri, patriarx Kirill deyib.

Patriarx qeyd edib ki, son zamanlar insanlar daha tez zənginləşmək üçün əmlaklarını satıb müxtəlif kriptovalyutalar, bitkoinlər alır: “Amma sonra bitkoinin dəyəri qəfildən düşür və insanlar başa düşür ki, heç nə qazanmayıb, əksinə hər şeyi itiriblər”.

Kilsə rəhbəri vurğulayıb ki, bu vəziyyətdə dövlət vətəndaşları risklərdən və hətta yalanlardan qorumalıdır. O əlavə edib ki, ona görə bu məsələdə dövlət tənzimləməsi olmalıdır.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər