12 C
Baku
Thursday, March 28, 2024

Kim marketinqə daha çox pul xərcləyir?

The Financial Brand (ABŞ) 256 bankın marketinq büdcəsinin təhlilini aparmışlar. Bu maliyyə-kredit təşkilatlarının idarə etdikləri aktivlər 250 milyondan 175 milyard dollara qədərdir. Aydındır ki, heç də bütün amerikan bankları öz işi ilə bağlı məlumatları təqdim etməkdə maraqlı deyillər. Buna görə də, araşdırma üçün depozitlərin sığortalanması üçün federal təşkilatın hesabatından istifadə edilib.

Tədqiqatçılar bankların aktivləri ilə marketinq büdcələri arasında qarşılıqlı münasibətlərin olub-olmamasını araşdırmağa çalışmışlar.

Bank aktivlərinin həcmi 2,9 milyard dollar, orta həcmi isə 593 milyon dollardır. Bankların orta marketinq büdcəsi bir illik 2.1 milyon dollar, orta həddə isə 437 min dollar təşkil edir.

Beləliklə, marketinqə istiqamətləndirilmiş aktivlərin orta həcmi 0,073% təşkil edir.

The Financial Brand əməkdaşlarının hesablamalarına görə, marketinq xərclərinin həcmi bank idarəsi altında olan aktivlərin böyüklüyündən asılı deyil.

Aktivlərin və marketinq xərclərinin nisbəti

Aktivlər

Bankların sayı

Orta marketinq büdcəsi, milyon dollarla

Aktivlərdən marketinqə ayrılmış pay, %

10 milyarddan çox

10

13,6

0,075

1 milyarddan 10 milyarda qədər

76

1, 28

0,072

500 milyondan 1 milyard dollara qədər

64

0,448

0,077

250 milyondan 500 milyona qədər

106

0,22

0,068

Araşdırmada iştirak etmiş yeganə internet-bank First Internet oldu. Bu maliyyə-kredit təşkilatının ənənəvi ofisi yoxdur. Lakin bununla yanaşı bu internet bank marketinq kampaniyalarına digər banklardan daha çox pul xərcləyir.

Burada araşdırma müəllifləri ziddiyyətli nəticələrə gəlirlər. Bank bazarında bölmələr üzrə ixtisarlar həyata keçirilirsə, bu zaman marketinq büdcəsi artır.

First Internet illik 1,824 milyon dollar həcmində marketinq büdcəsinə və 737 milyon aktivə sahibdir. Beləliklə, aktivlərdən marketinqə ayrılmış pay 0,247% təşkil edir.

Gələcəyin bankları server və proqramlardan təşkil olsalar da, marketinq olmadan keçinə bilməzlər.

Son xəbərlər
Digər xəbərlər