21 C
Baku
Thursday, April 25, 2024

Kimlər dollarla kredit götürə bilər?

Manatın kəskin ucuzlaşmasından artıq 2 aydan çox müddət keçib.  Hazırda bir neçə banklar manatla kredit versələr də, hələ də ölkənin əksər bankları manatla kreditlərin verilməsini aktivləşdirməyib.

Lakin ölkədə kreditə ehtiyacı olan şəxslərin statistikasına nəzər yetirsək, bu rəqəmin heç də az olmadığını görə bilərik.  Bəs manatla kreditlərin verilməsinin dayandırıldığı bir dövrdə, dollarla kreditlər götürmək kimlərə sərfəli ola bilər?

Devalvasiyadan sonra insanların hər hansı səhv addım atmamaları üçün saytımızda bir çox məlumatlandırıcı xarakter daşıyan məqalələr dərc olunub. Bildiyiniz kimi, ölkədə baş vermiş devalvasiyadan sonra, dollarla kredit götürən şəxslərə xeyli zərər dəydi. Həmin şəxslərin aylıq kredit ödənişləri yüksələrək ödənilməsi çətişləşəcək bir vəziyyətə gəlib çıxdı. Ödəniş etməkdə çətinlik çəkən şəxslər hələ də ümidlə, ayın 7-si Milli Məclisin çıxaracağı qərarı gözləyirlər.

Ekspertlər isə dollarla kredit əldə etməyin bəzi şəxslər üçün heç bir zərərinin olmayacağını bildirir. Belə ki, bütün gəlirləri dollarla olan şəxslər üçün dollarla kredit əldə etmək heç də təhlükəli hesab olunmur. Çünki, gəlirləri dollarla olan şəxsin, dolların məzənnəsində hər hansı bir dəyişiklik olduğu zaman onun maaşında da eyni dəyişiklik olur.

Yəni əgər dolların qiyməti qalxaraq, sizin dollarla olan aylıq kredit ödənişinizi çoxaldıbsa, eyni zamanda sizin maaşınızda da artım olacaqdır. Bu səbəbdən də dolların qiymətinin artması, gəlirləri dollarla olan və dollarla kredit əldə edən şəxslər üçün heç bir ciddi zərər etməyəcəkdir.

Lakin gəlirləri manatla olan şəxslərin hazırki dövrdə, kredit götürməkləri, xüsusən də bu borcu dollarla götürməkləri, həmin şəxslər üçün heç də doğru bir addım deyil. Bu səbəbdən də gəlirləri manatla olan və kredit əldə etmək istəyən şəxslərin belə bir dövrdə banklara müraciət etməmələri daha düzgündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər