13 C
Baku
Friday, March 29, 2024

Kişilərə 23 qiymətli məsləhət

1. Nə qədər asta hərəkət edirsinizsə, bir o qədər sürətlə öləcəksiniz.

2. Stomatoloq və səyahət üçün pul xərcləməyə heyfiniz gəlməsin: ölümün astanasında gözqamaşdırıcı təbəssüm və gözəl xatirələrdən daha yaxşı heç nə ola bilməz.

3. Elə insanla evlənin ki, onunla ömrünüzün qalan hissəsini keçirmək istəyirsiniz. Orta statistik hesablamalara görə nikah on il davam edəcək, və siz onsuz da ömrünüzün qalanını onunla keçirmiş olmayacaqsınız. Lakin ümid etmək də yaxşıdır.

4. Heç vaxt sizinlə mübarizə aparmaq iqtidarında olmayan qadın, uşaq, heyvan və ya kişiyə əl qaldırmayın.

5. Mümkündürsə, heç vaxt heç kimə əl qaldırmayın. Əslində qanunən dava üçün iki səbəb var: həyat uğrunda mübarizə və ya yaxınlarını müdafiə etmək.

6. Kişilər mümkün olduğu qədər ən yaxşı su təsisatçısı, vəkil və şəxsi məşqçi seçməlidirlər.

7. Kimisə döyəndə belə, bunu gözəl edin. Özünüzü cilovlayın, əl-qol atmayın: sizin yumruqlarınız düz və dəqiq olaraq irəli istiqamətlənməlidir və həmin andaca geri qayıtmalıdır, sanki siz milçək tutmusunuz. “Hook” (boks fəndi) fəndi istisnadır, bu zaman qolunuza çiyninizlə deyil, çanağınızla dəstək vermiş olursunuz. Yaxşı endirilmiş “hook” fəndi xətrinizə dəyən insanın qabırğalarını, bununla da iradəsini də dağıdacaq.

8. Gözəl davranış hər şeyin əsasında durur. Kobudluğa bəraət qazandırmaq olmaz. Həyatın keyfiyyəti etdiyiniz kiçik güzəştlərdən ibarətdir, məhz nəzakətli davranmaq sizin həyatınızı daha dözülə bilən hala gətirəcək.

9. Elə bir an gəlib çatmayacaq ki, siz o qədər müdrik olasınız ki, heç büdrəməyəsiniz. Müvəffəqiyyətsizliklərə hazır olun və bu sizi daxilən daha da möhkəm edəcək. Utanc duyduğunuz anlar sizi daha güclü, uğurlar isə daha şükür edən insan edir: həmin anlar bir-birini gecə-gündüz kimi əvəz edir, bu qaçılmazdır.

10. Dizlərinizi qoruyun. Əgər siz idmanla məşğul olursunuzsa, onda bir gün o taqətdən düşəcək. Lakin idmanla məşğul olmursunuzsa, onda bu gözlənilmədən və tezliklə baş verəcək.

11. Əgər həyat yoldaşınız və sizin aranızda çox böyük səs-küylü davalar düşürsə, onda deməli o sizin qadınınız deyil.

12. Siz və valideynləriniz arasında olan səs-küylü davalar son dərəcə normaldır – lakin tez barışmaq üçün səy göstərmək lazımdır. Valideynləriniz ilə keçirə biləcəyiniz vaxt məhduddur. Qəbir üstündə tökdüyünüz göz yaşları peşmançılıq deyil, vida və minnətdarlıq göz yaşı olmalıdır.

13. Dünyada gözəl qadın çoxdur, lakin yalnız beş-altısını əsl mənada sevmək olar. Mütləq qalxmalı olduğunuz zirvələr əlbəttə ki, vardır; yerdə qalanlarının yanından keçmək daha yaxşı olardı.

14. Yalnız başqa bir canlı varlığı özünüzdən üstün tuta biləcəyinizi hiss etdiyiniz anda ata ola bilərsiniz.

15. Uğurun başlıca amili sizin ağrıya dözmək qabiliyyətinizdədir. Rokki Bal-Boa demişkən: “Məsələ sizin nə qədər çox zərbə endirməyinizdə deyil, irəli getdiyinizdə nə qədər zərbəyə tab gətirə bilməyinizdədir”.

16. Heç vaxt sizin qapınızı dəvətsiz döyən insandan heç nə almayın – təbii ki, əgər o tamamilə ümidsiz vəziyyətdə deyilsə.

17. Dəyərli vaxtınızı qısqanclıq, nifrət və mənasız filmlərə baxmaqla keçirməyin.

18. Əgər vaxtınız varsa, piyada gəzin.

19. Dostluğa layiq bildiyiniz az sayda insanlarla qurduğunuz əsl dostluq səy tələb edir. Dostlarınızı xatırlayın, sevin və qədrini bilin. Onların səhvlərini alicənablıqla qarşılayın. Lakin təklikdən də qorxmayın: yadda saxlayın ki, biz hamımız bu kainatda təkik, tək yaranmışıq, tək də öləcəyik.

20. Sağlamlığınız haqda düşünün, lakin bunu ipoxondriya (xəstələnməkdən qorxma nəticəsində baş verən ruh düşkünlüyü) həddinə də çatdırmaq lazım deyil.

21. İşinizi sevin. Həyatınızın əsas əyləncəsini işinizdən ayırmamağa çalışın. Hər şeyin məhv olduğu bir anda yalnız işiniz sizi uçurumdan qurtara bilər – sizdə özünəinam, insanlarla ünsiyyət, pul və hər səhər tezdən durmağa vadar edən motivasiyanı yarada bilər. Lakin nəzərə alın ki, siz çox ehtimal ki, nifrət etdiyiniz işlə də məşğul olmaq məcburiyyətində qalacaqsınız. Demək olar ki, çoxumuzda belə olur – sadəcə yadda saxlamaq lazımdır ki, siz istənilən an işdən çıxa bilərsiniz.

22. Bütün var-gücünüzlə çalışın ki, nə vaxtsa sevdiyiniz insana nifrət etməyəsiniz.

23. İstedadınızla hamını valeh edin. Dahiliyiniz ilə göz qamaşdırın. Tam gücünüzlə işləməyin, endirimli mallar almayın, həmişə qələbəni özünüz əldə edin.

Son xəbərlər
Digər xəbərlər