13 C
Baku
Friday, April 19, 2024

KİV: “Huawei” öz əməliyyat sistemini yaradır

Çinin “Huawei” şirkəti mobil əməliyyat sisteminin tərtibatı ilə məşğul olur.

Bu barədə Qərbin ixtisaslaşdırılmış KİV-ləri məlumat verib.

Onların məlumatına görə, “Huawei” bu tərtibat üçün ötən ilin oktyabr ayında “Apple” korporasiyasının sabiq kreativ direktoru Ebiqeyl Broudini işə götürüb. Məqsəd əməliyyat sisteminin qapağının iOS əməliyyat sisteminə daha az oxşamasıdır.

Hazırda “Huawei” smartfonları “Android” əməliyyat sistemi ilə çalışsalar da, “Apple” cihazlarının üz qabığına daha çox oxşayırlar.

Bundan başqa, bildirilir ki, əməliyyat sisteminin bu il təqdimatı baş tuta bilər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər