26 C
Baku
Friday, April 19, 2024

Koç sülaləsi

Türkiyədə hər addımbaşı turistlərin gözünə yadda qalan-qatlanmış qoyun buynuzları (hökmranlıq simvolu) -emblemi və Koç adı sataşır. Bu türk məşhur brendlərinin demək olar ki, yarısının –Arçelik, Beko (məişət texnikası), Aygaz, Migros və Ramstore spermarketləri, Ford Otosan, Koçbank, Mares oteli, Tofas (Fiat əsasında milli avtomobil) , İveco, Otoyol, Kamil Koc və s. – sahibi olan işgüzar imperiyanın simvoludur. 

Koç sülaləsi 1901-ci ildə Ankara yaxınlığında anadan olmuş Vehbi Koçdan başlanmışdır. O, ailədə yeganə oğul idi. Vehbi 15 yaşında məktəbi bitirib öz karyerasına kiçik bir mağazada başlayır. 1926-ci ildə o, kiçik “Koç ailəsindən Ahmet Vehbi” firmasını ticari palatadan qeydiyyatdan keçirdib, Koç imperiyasının əsasını qoyur.

Ankara paytaxt olduqdan sonra Koç diqqətini tikinti və tikinti materialların ticarətinə yönəldir. İşlər uğurla inkşaf etməyi başlaydı, şirkət genişlənirdi, İnstanbulda və Eskişəhərdə filiallar açıldı, yeni zavodlar tikilirdi.

Əsl sıçrayışı Koç avtomobil sənayəsində edir. Fiatın lisenziyassına əsasən traktorların istehsalına başlanılır. Ford şirkəti ilə isə birlikdə, 1928-ci ildə Koç Türkiyədə Fordun rəsmi təmsilçisi olur , Türkiyədə yük avtomobillərin yığılmasına başlanılır. İlk yerli türk Anadolu avtomobilin istehsalından sonra , italiyalılar ilə əməkdaşlıq sayəsində Fiat modeli əsasında ən məşhur tük modelinin istehsalına başlanılır.

1963-ci ildə Koç nəhəng türk korporasiyalarının yaradılması erasının əsasını qoyaraq ona məxsus olan bütün firmaları bir xoldinqdə birləşdirir. Hal-hazırda Koç imperiyası 48 000-dən çox çalışanı işlə təmin edir, 10 mindən çox əməkdaşları, bir neçə min rəsmi diller və yüzə yaxın müxtəlif biznes sahələrində şirkətləri var.

Türkiyənin məşhur şəxsiyyətləri

  • Kraliça Kleopatra ( e. ə. 69-30 illər )
  • Makedoniyalı İskəndər ( e. ə. 356-323 illər )
  • I Mehmet
  • I Suleyman (1435-1566)
  • Abdul Hamid
  • Atatürk Mustafa Kemal ( 1880 vı yaxud 1881-1938 )
  • Abdulla Gül ( 1950-ci ildə anadan olub )
  • Ahmed Necet Sezer ( 1941-ci ildə anadan olub )
  • Tansu Çiller ( 1946-ci ildə anadan olub )
  • Koç sülaləsi
  • Sabancı sülaləsi
  • Memar Sinan ( 1489-1588 )
  • Tarkan ( 1972-ci ildə anadan olub )
  • Sezen Aksu ( 1954-ci ildə anadan olub )
  • Mustafa Sandal ( 1970-ci ildə anadan olub )
  • Nasreddin Hoca ( 1208-1284 )
Son xəbərlər
Digər xəbərlər