Köhnə iPhone modellərinin zəiflədilməsi qalmaqalı ‘Apple’ şirkətinə neçəyə başa gələcək?

“Barclays” şirkətinin analitiklərinin məlumatlarına əsasən köhnə iPhone modellərinin zəiflədilməsi ilə bağlı qalmaqal 2018-ci ildə satışların kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər.

Burda məsələ istifadəçilərin şirkətə olan etibarlarının itirilməsində deyil. Mütəxəssislər bu məsələnin ortaya çıxmayacağı halda şirkətin nə qədər smartfon sata biləcəyini hesablayıblar. Qeyd edək ki, bir neçə müddət bundan öncə “Apple” batareyaların sıradan çıxmasının qaşısını almaq üçün köhnə model iPhone cihazlarını zəiflətdiyini etiraf etmişdi. Bundan əlavə olaraq şirkət bu 1 il ərzində köhnə model iPhone cihazlarının bateryalarının 29$-a dəyişilməsinə razı olmuşdu.

Analitiklərin hesablamalarına əsasən batareya dəyişilməsinə 77% smartfon namizəd ola bilər. Həmin 77% istifadəçidən çoxu isə özlərinə yeni model ala bilərdilıər. Beləliklə əgər gələn il 30% istifadəçi öz modellərini yeniləməkdən imtina etsələr, “Apple”da 16 milyon satılmamış iPhone cihazı qalacaq. Pul göstəricisi ilə desək, köhnə iPhone cihazlarının zəiflədilməsi şirkətə 10 milyard dollara başa gələcək. Hal hazırda bu problem iPhone 6iPhone 6 Plus, iPhoen 6s, iPhone 6s Plus, iPhone SE, iPhone 7 və iPhone 7 Plus modellərini əhatə edir.